From Wikipedia, the free encyclopedia
"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu[1].
Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb[1].
İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır[1].
1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir[1]. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır[1]. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür[1].
Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır[1]. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır[1]. Elə həmin ildən "Astra" adını özünə qaytaran klub, 2012-ci ildə Ployeştidən köçərək, Curcuda məskən salıb[1].
Klub əsas uğurlarını məhz şəhər dəyişikliyindən sonra qazanmağa başlayıb[1]. Belə ki, komanda yeni şəhərə köçdükdən sonra Rumıniya çempionu (2015/16), ölkə çempionatının gümüş mükafatçısı (2013/14), ölkə kubokunun qalibi (2013/14), finalçısı (2016/17) və iki dəfə ölkə superkubokun (2014, 2016) qalibi olmuşdur[1].
Heyətin əsası yerli futbolçulardan təşkil edilib[1]. Ancaq komandada Yaponiya, Braziliya, Xorvatiya, Polşa, Bolqarıstan və Fransadan olan legionerlər də çıxış edirlər. Komandanın kapitanı yapon yarımmüdafiəçi Takayuki Setodur[1].
"Astra"nın prezidenti isə Danut Komandır[1]. Sabiq qolkiper futbolçu karyerasına 2015-ci ildə məhz bu komandada son qoyub. O, karyerasını bitirdikdən sonra "Astra"da qalaraq, klub rəhbəri olub[1].
Komandanın baş məşqçisi Edvard İordaneskudu[1]. O, 2017-ci ildən klubun baş məşqçisidir[1].
Klubun əsas rəngləri ağ və qaradır[1].
Klub ev oyunlarını 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.