Assal gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Assal — Cibutinin mərkəzində yerləşən, axarsız ,krater gölü. Göl dəniz səviyyəsindən 155 m aşağıda Afar ovalığında yerləşir. Göl Afrikanın ən alçaq nöqtəsidir.[1] Gölün 20–40 m dərinlikdə su duzluluğu 35 ‰ təşkil edir ki, bununla da göl Ölü dəniz və Elton gölü ilə yanaşı dünyanın ən duzlu göllərindən sayılır. Göl qalın duzlu torpağla əhatə olunub. Burada duz hasil edilir və karvanlarla Efiopiyaya göndərilir.
Assal | |
---|---|
ərəb. بحيرة عسل | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | -155 m |
Eni | 7 km |
Uzunluğu | 10 km |
Sahəsi | 54 km² |
Həcmi | 0, 4 km³ |
Su tutumu | 900 km² |
Dərin yeri | 20 m |
Minerallaşma tipi | duzlu |
Duzluluğu | 358 ‰ |
Yerləşməsi | |
11°40′ şm. e. 42°24′ ş. u.HGYO | |
Ölkə | Cibuti |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göldən təxminən beş kilometr məsafədə cənub-şərqdə Tacura körfəzi yerləşir.
Cibuti Respublikası təklif edib ki, Assal gölü ilə Ardoukoba vulkanı UNESCO-nun "Dünya irsi" siyahısına salınsın.
İsti səhrada yerləşən gölün sentyabrdan maya qədər temperaturası 52 °C qədər qalxır. Oktyabrdan aprelə qədər yüksək rütubətli yağışlar yağır və havanın temperaturu 34 °C aşağı düşmür. Güclü, quru və isti küləklər mühitin bir hissəsidir. Aylıq temperatur fərqi 6 °C olduğu bildirilir.[2] Yay mövsümü ərzində quru, isti küləklər iki istiqamətdən əsir: Sabo küləyi cənub-qərbdən və Hamsin küləyi şimal-qərbdən. Hərdənbir yağan yağışlar nəticəsində, oktyabrdan aprelə qədər külək şərqdən əsir.[3]
Göl suyunun temperaturu isə 33-34 °C, amma küləyin sürəti və buxarlanma az olanda səth suların temperaturu 20 °C olur.[3][4][5] Gölün dayaz dərinliklərində göl suyunun rəngi də dəyişir və kiçik müddətdə lüminessensiya rənglərinə boyanır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.