Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir.

Cəld faktlar Janr, Rejissor ...
Arzularını çəkən rəssam
Janr qısametrajlı
sənədli
bioqrafik
Rejissor Mübariz Nağıyev
Prodüser Xanlar Cəfərov
Ssenari müəllifi Mübariz Nağıyev
Operator Köçəri Məmmədov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2007
Filmin növü qısametrajlı sənədli film
Müddət 20 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2007
Texniki məlumatlar 2 hissə
Rəng rəngli
Bağla

Məzmun

Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir.[1] Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur.

Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin AxundovRafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər.

Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Mübariz Nağıyev
Rejissor: Mübariz Nağıyev
Operator: Köçəri Məmmədov
Prodüser: Xanlar Cəfərov

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.