From Wikipedia, the free encyclopedia
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir;[2] Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur.[2]
Arzu Qeybulla | |
---|---|
Arzu Qeybulla qızı Qeybullayeva | |
| |
Doğum tarixi | 1 avqust 1983 (41 yaş) |
Doğum yeri | |
Atası | Qeybulla Qeybullayev |
Milliyyəti | azərbaycanlı[1] |
Təhsili | |
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı |
arzugeybulla.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub.
1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.[3]
Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.[4]
İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır.[5]
Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.[2]
Arzu Qeybullayeva 2009-cu ildən Azərbaycan-Ermənistan arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişdir. 2011-ci ildə isə "İmagine Center for Conflict Transformation" adında kiçik təşkilata qoşulmuşdur. Bu mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləyir. Çalışdığı mərkəzin məqsədi insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.[3]
Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır. 2010-cu ildə ailə qurduqdan sonra İstanbulda yaşamışdır və indi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayır. Qardaşı Bakıda yaşayır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.