From Wikipedia, the free encyclopedia
Artur Sesil Piqu (ing. Arthur Cecil Pigou;18 noyabr 1877[1][2][…] – 7 mart 1959[3][4][…], Kembric[3]) — ingilis iqtisadçısı. 18 noyabr 1877-ci ildə Rayd şəhərində anadan olub. Kembric neoklasik məktəbinin nümayəndəsi. Alfred Marşallın şagirdi və davamçısı.
Artur Sesil Piqu | |
---|---|
ing. Arthur Cecil Pigou | |
Doğum tarixi | 18 noyabr 1877[1][2][…] |
Vəfat tarixi | 7 mart 1959[3][4][…] (81 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | iqtisadiyyat |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Alfred Marşal |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Riyaziyyat və məntiq ixtisası üzrə təhsil aldığı Kembric Universitetinin nəznində Kral Kollecini bitirdikdən sonra Siyasi İqtisadiyyat kafedrasında dərs deməyə davam edir. Alfred Marşallın rəhbərliyi altında iqtisadi nəzəriyyə problemləri və bazar iqtisadiyyatının praktik problemləri öyrənildi. 1908-1943-cü illərdə Siyasi İqtisadiyyat Departamentinə rəhbərlik etdi və tövsiyəsi ilə bu vəzifədə Marşalın varisi oldu.
Hökumət üçün konkret iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak etdi. 1918-1919-cu illərdə valyuta komitəsinin üzvü, 1919-1920-ci illərdə gəlir vergiləri üzrə krallıq komissiyasının üzvü, 1924-1925-ci illərdə hesabatı Böyük Britaniyada qısa müddətə qızıl standartının bərpasına yol açan pul dövriyyəsi üzrə Chamberlain komitəsinin üzvü idi.
İqtisadçının adı tarixə, kəşf etdiyi "Piqu effekti" ilə düşmüşdür. Mahiyyəti budur ki, inflyasiya gözləntiləri olmadığı təqdirdə, qiymət artımı istehlakın azalmasına və qənaət yığılmasına səbəb olur ki, bu da qiymətləri aşağı salır və iqtisadiyyatı tarazlığa gətirir. Eynilə, yarım gün iş ilə tələbin azalması qiymətlərin enməsinə səbəb olur və əldə qalan nağd pulun miqdarını artırır, bu da tələbin artmasına səbəb olur və məşğulluğu dəstəkləyir[5][6][7].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.