Remove ads
Böyük Qarakilsə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd.[1]
Kənd | |
Arçut | |
---|---|
40°51′47″ şm. e. 44°22′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Pəmbək mahalı |
Rayon | Böyük Qarakilsə rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.450 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 6545 nəfər (1988) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir[2]
Toponim artuç (ardıc[3]) bitki adı[4] əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur.
Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Kənddə 1711-ci ildən etibarən Məscid, Folkloru qıs fəsli fevral [boz] ayı-hızırnəbi bayramı, qodu oynatmaq kimi adətlər olmuşdur.
Kənddə 1831-ci ildə 137, 1873–cü ildə 357, 1886-cı ildə 477, 1897-ci ildə 574, 1914 – cü ildə 759 nəfər azərbaycanlı yaşamışdır[5].
Kəndin sakinləri 1918-ci ildə erməni təcavüzünə mə'ruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə 697, 1926-cı ildə 820, 1931-ci ildə 886[6], 1939-cı ildə 1052, 1959 – cu ildə 1295, 1970-ci ildə 2009, 1979 – cu ildə 2172 nəfər[7] azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşdur. İndi kənddə ermənilər məskunlaşıb.
1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ildə 655 yasayış evi var idi. Əhalisi 6545 nəfər olub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.