Remove ads
Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru From Wikipedia, the free encyclopedia
Aqiyə Həbib qızı Naxçıvanlı (11 mart 1950, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri[1], Azərbaycan Respublikasının əməkdar müəllimi.[2]
Aqiyə Naxçıvanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1950 (74 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957–1960-cı illərdə Oğuz (Vartaşen) şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967–1972-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (Bakı Slavyan Universiteti) tələbəsi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin sabiq müavini Hüseyn Şərif oğlu Mövsümovla[3] ailəlidir[4], 2 övladı var.
1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib. 1974–1977-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin birinci katibi təyin edilib. 1975–1977-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.