From Wikipedia, the free encyclopedia
Anubanini (e. ə. II minillik – bilinmir) — hökmdar.
Anubanini | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. II minillik |
Vəfat tarixi | bilinmir |
E.ə. XXIII əsrdə hökmdarlıq etmiş lullubi hökmdarıdır. Onun hakimiyyəti illərində lullubi tayfa ittifaqı (bəzi tarixçilərin güman etdikləri kimi, dövlət qurumu) Urmiya gölündən İran körfəzinədək geniş ərazini əhatə edirdi. Bu barədə çar Anubanininin İranda indiki Zöhab şəhəri yaxınlığında yerləşən Sar-i pul adlı dağdakı daş stela üzərində oyulmuş yazısı məlumat verir. Relyefdə əsir götürülmüş basçını ayaqları altında tapdalayan Anubanini hökmdar rəmzləri və digər əsirləri çarın qarşısına gətirən İştar ilahəsi ilə təsvir olunub. Akkad mixi yazısında verilmiş mətndə deyilir ki, "qüdrətli hökmdar, lullubilər ölkəsinin hökmdarı Anubanini Batir dağında öz təsvirini və İştarın təsvirini çəkmişdir".[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.