From Wikipedia, the free encyclopedia
Anthrax — 1981-ci ildə heavy metal, punk və cizgi roman xəstəsi dörd lisey yoldaşı, Scott Ian (gitara), Danny Lilker (gitara), Dave Weiss (baraban) və John Connely (vokal) tərəfindən qurulmuş Amerikan thrash metal qrupu.
Anthrax | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
treş-metal spid-metal heavy metal alternativ metal (1987—2005) rep-metal (1987—1991) qruv-metal (1992—2005) |
Fəaliyyət illəri | 1981—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Yonker, Nyu-York ştatı |
Leybl |
Island Def Jam Elektra Records Megaforce Records Sanctuary Records Nuclear Blast (indiki) |
Heyət |
Coi Beladonna Yan Skott Frenk Bello Çarli Benante |
Keçmiş üzvlər |
Denni Lilker Den Spits Con Buş Neyl Törbin Paul Kruk |
Digər layihələr |
Armored Saint Belladonna Brutal Truth Fates Warning Helmet Hemlock Holy Moses Nuclear Assault Overkill Seven Witches Skid Row Stormtroopers of Death White Lion The Damned Things |
www.anthrax.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk başlarda Scott və Danny qrupun bəstə yazarlığını boynuna götürür və məşqlərə başlanır. İlk konsertləri bir kilsənin zirzəmisində reallaşır. Yenə eyni yerdə verilən bir neçə konsertlə adlarını eşitdirərlər. 1983-cü ilə qədər bir sıra üzv dəyişikliyi və underground bazarda qazanılan şöhrət xaricində heçnə əldə etməyən qrup, ilin ortasında, o sıralar Manowar ilə hazırladıqları işləriylə adını eşitdirən Ross The Boss prodüserliyində bir demo hazırlayır. Demoda Scott yenə gitaranı üstlənir amma qalan üzvlər bir xeyli dəyişmişdir. Danny bas gitaraya keçmiş onun boşluğunu Greg Walls doldurmuş, zərb alətlərinə də Charlie Benante keçmişdi.
Demo, o illərdə bir çox qrupu kəşf edən Jon Zazula'nın diqqətini çəkir. Beləcə Megaforce rec. qapıları Anthrax'a sonuna qədər açılır. Sentyabr ayında ilk 45'lik "Soldiers Of Metal" satışa çıxarılır. 3000 ədəd nəşr olunan albom, qrupa yeni bir üzv qazandırar, bu Overkill qrupunun gitaristi Dan Spitz idi. İlk albom "Fistful Of Metal"-ın çıxışı bir sıra problemi də özü ilə gətirir. Vokal Ned Turbin ilə Danny arasındakı problem Danny'nin qrupdan ayrılması ilə nəticələnir. Bas gitaraya Charlien'in qohumu Frank Bello gəlir. Ned ilə işlər yenə də yaxşı getmir və yeni mahnılar vokalsız olaraq sınaqdan keçirilir. Nəticədə Ned qrupdan qovulur və Bible Black'dən Joey Belladona qrupa daxil olur. Beləcə qrupun karyerasında yeni bir dövr başlayır.
Qrupun hazırladığı "Armed And Dangerous" adlı EP, onların Avropa bazarına girməsini təmin edir. EP'də Joey ilə edilən sınaqlarda yazılmış, "Metal Trashing Mad", "Panic", "Sex Pistols cover", "God Save The Queen" və "Raise Hell" var.
Beş aylıq bir səsyazma mərhələsindən sonra ikinci albom "Spreading The Disease" satışa çıxarılır. Scott, bu dövrlərdə başqa qruplarla da işlər görür. Scott, Danny Lilker və Billy Milano ilə əfsanəvi S.O.D. (stormtroopers of death) qrupunu qurur və Megaforce Rec.-dən "Speak English Or Die" adlı albomunu çıxardır. 1985-ci ilin oktyabr ayında çıxan "Spreading the Disease" sonrası Scorpions'ın alt qrupu olaraq birləşmiş dövlətlərə turneyə çıxırlar. Ardından da headliner turnelər başlayır. Albomdan «Madhouse»-u 45'lik olaraq seçirlər. Mahnı Avropada yaxşı uğur əldə edir amma Amerikadakı radio stansiyaları mahnını çox təcavüzkar olması səbəbiylə yayımlamırlar. Black Sabbath və W.A.S.P. ilə bir Amerika turnesine başlayır ancaq dövr o illərdəki Black Sabbath-ın populyar kasıblığı səbəbiylə yarıda kəsilmək məcburiyyətində qalır. Bu işin yatmasını fürsət bilərək Metallica ilə Avropa turnesinə çıxırlar. Hətta sonradan onlara Slayer da qatılır.
"Spreading The Disease", 100 minlik satışıyla ABŞ'da müvəffəqiyyət qazanır və bu qazla qrup 1986-cı ilin noyabrında Eddie Kramer prodüserliyində studiyaya daxil olur. "I am the Law" ilk 45'lik olaraq 1987-ci ilin fevralında satışa çıxarılır. Mahnı, qrupun favorit cizgi roman xarakteri Judge Dredd haqqındadır. Hətta Judge Dredd xarakterinini hazırlayan Brian Bolland 45'liyin albom üzünü də hazırlayaraq qrupa dəstək verdi. Bir ay sonra albom satışa çıxarılır və qrupa böyük bir müvəffəqiyyət qazandırır. Stephen King romanlarından ilhamlanaraq yazılan "Among the living" və "Skeleton In The Closet", narkotikin insanı nə hala gətirdiyini izah edən "NFL (efilnikufesin)" kimi mahnılar bir trash-speed klassikası olaraq tarixdəki yerlərini aldı.
"I am the Law" Avropada böyük bir hit olur. Sıx istək üzərinə qrup Amerikada "Im The Man" adlı bir EP çıxardır. Sonrasında da Metal Church ilə bir ABŞ turnesinə çıxırlar. EP "Qızıl Val" qazanır və bu o dövrlər bir thrash qrupu üçün böyük müvəffəqiyyət olur. Qrup bu uğurdan sonra "Donington" festivalına dəvət edilir.
Artıq qrup Slayer və Metallica ilə birlikdə thrash zəncirinin ən böyükləri halına gəlmişdi. Bu müvəffəqiyyətin atəşi sönmədən dərhal studiyaya qayıdırlar və dördüncü albom "State Of Europia"-nın hazırlığına başlayırlar. İlk 45'lik əslən Charlien'in favorit qruplarından olan fransız qrup Trust'ın olan "Antisocial" olaraq seçilir. Mahnının klipi MTV'də bir hitə çevrilir və ən çox yayımlanan beşinci klip olaraq o ilə damğasını vurur. Mahnılar yenə mövzuları baxımından böyük bir müxtəliflik göstərməkdədir. «Make Me Laugh», televangelizm haqqındadır və ikinci 45'lik olaraq satışa çıxarılır. Qrup "Antisocial" klipində də görünən Ozzy Osbourne ilə bir Amerika turnesinə çıxırlar. Yenə MTV dəstəkli "Headbanger's Ball" turnesine headliner olaraq Exodus və Helloween ilə qatılan qrup ilin geri qalanını dünyanı gəzərək geçirir. Turne davam edərkən qrup yeni bir EP hazırlayır ki, bu da qrupa yeni alboma qədər nəfəs alma fürsəti verəcəkdi.
Yeni albom qeydləri hadisələrlə başlayır. Bir yanğın və bir də zəlzələ keçirirlər amma təbiətin bütün səylərinə baxmayaraq qrup albomu hazırlayır. Albom, 1990-cı ilin avqust ayında satışa çıxarılır. Albomdakı ilk 45'lik "Got The Life" oldu. "Persistance Of Time" əvvəlki iki alboma görə çox daha sönüktür amma yenə də qrupun məşhurluğunu arttırmasına mane olmur və ikinci dəfə təşkil edilən "Clash Of Titans" turnesində Megadeth və Slayer ilə iştirak edirlər.
1991-ci ildə qrup "Attack of the Killer B’s" adlı bir EP hazırlayır. Hər nə qədər EP olaraq satışa çıxarılmış olsa da müddəti baxımından normal bir albom qədər idi. EP'nin əsası Public Enemy ilə ortaq şəkildə hazırladıqları "Bring the Noise" mahnısı idi. Mahnı sayəsində metalın yeni bir üzüylə qarşı-qarşıya gələn pərəstişkarlar xeyli təəccüblənirlər. Bu EP eyni zamanda Island Rec. ilə olan kontraktı doldurmaq üçün edilmişdir. Metallica ilə böyük işlər bacaran Elektra Rec. ilə razılaşan qrup o ilin Grammy'lərinə də bu EP ilə namizəd olur. Mükafat mərasimi sonrasında Joey Belladona qrupdan ayrılır. Uzun müddətli davam edən anlaşılmazlıqlar da beləcə sona çatır.
Bir müddət solist axtaran qrup, Jon Zazula'nın tövsiyəsiylə Armored Saint'dən John Bush'u heyətinə daxil edir. Bəstə mərhələsində də çox faydalı olan John Bush qrupun etibarını boşa çıxarmır. Və 1993-cü ilin aprelində maraqla gözlənilən yeni albom «Sound of White Noise» çıxır. Sözlər baxımından fərdi və çox də qaranlıq bir albomdur «S.O.W.N». "Only" albomun hiti olaraq gözlənilən nəticəni verir.
1993 və 1994-cü illəri konsert və film musiqiləriylə keçirirlər. "Last Action Hero" filmi üçün Poison «My Eyes», "Airheads" filmi üçün bir Smiths coveri olan «London»'ı və "Beavis" və "Butthead" üçün də «Looking Down The Barrel Of A Gun»'ı yazırlar. Yenə 1994-cü ildə böyük heyranlıq duyduqları KISS üçün hazırlanan tribute alboma "She" ilə dəstək verirlər. Island Rec. isə qrupun özlərinə bağlı olduğu illərdə yazılan bir neçə konsertdən yığdığı "live Island Years" adlı konsert albomunu satışa çıxararaq tortdan pay almağı da ehmal etmir.
"Sound Of White Noise" qeydləri əsnasında yaxşıca diqqətə çarpan Danny Spitz'in maraqsızlığı, yeni albom qeydlərinə başlanarkən artıq dözülməz hala gəlir. Qrup qeydlərdə Pantera qrupundan Dimebag Darrell və qrupun gitara ifaçısı Paul Crook ilə çalışaraq, ayrılma prosesini mümkün qədər gecikdirməyə çalışır. "Stomp 442" 1995-ci ilin oktyabrında çıxır. Albom günün trendlərinə uyğun gəlməmək mövzusunda qrupun rəftarını açıqca ortaya qoyur («Tester» buna gözəl bir nümunədir). Ancaq zaman artıq Korn uşaqlarının zamanıdır və radiolar metalı görməməzlikdən gəlməyə başlamışdır. Deftones və Life Of Agony ilə çıxılan turne də çox uğur qazandırmır. Turnedə solo gitara Paul Crook çalır ki, bu Dan Spitz'in qrupdan ayrıldığının açıq bir dəlilidir.
S.O.D. ilə verilən konsertlər və yan layihələr ilə qrup 1997-ci ilin oktyabrına kimi vaxtını keçirdir. Ancaq bu tarixdə yeni albom hazırlamağı bacarırlar. Albomu öz şirkətləri "Skism" dən çıxarmağı planlayırlar. Paul Crook albomda həm gitara çalaraq həm də prodüserlik edərək özünü qrupa və pərəstişkarlara qəbul etdirir. İllər əvvəl dəstək verdikləri Panteranın alt qrupu olaraq qatıldıqları bir aylıq bir dövrdən sonra qeydi bitirmək üçün studiyaya qayıdırlar və «Stomp 442»'dən çox daha sərt və təcavüzkar olan "Volume 8" rəflərdəki yerini alır. Beləcə 1998-ci il turnelərdə keçir. Ancaq artıq pərəstişkarları qrupa olan marağını itirmişdi.
Çətin dövrü aşmaq üçün aralarında "Universal Soldier II"-nin də olduğu bir neçə filmə mahnı yazırlar. 1999-cu ilin noyabrında "Return of the Killer A's" satışa çıxarılır. "Metal Thrashing Mad", "I am The Law", "Antisocial" kimi thrash marşlarını və 90-cı illərin eniş zamanlarını əks etdirən "Only", "Crush", "Fueled" və "Room for One More" kimi mahnıları ehtiva edən bu albom əskiklərinə baxmayaraq faydalı və gözəl bir toplu olmağı bacarır. Albomun süprizi isə köhnə vokalist, Joey Belladona və John Bush'un düet etdikləri "Ball Of Confusion" adlı mahnıdır.
Bu yığma albom sonrası Anthrax, təkrar yığışan Mötley Crüe ilə turneye iştirak etmək üçün dəvət alır. 2000-ci ilin yayı bu konsertlərlə keçir və turne qurtardıqdan sonra yeni albom üçün hazırlığa başlayırlar. 2003-cü ildə «We've Come For You All» albomu çıxır. Albom, 1980-ci illərdəki Anthrax albomlarının keyfiyyətindən və tərzindən uzaq olsa da xüsusilə alboma ad verən "We've Come For You All" mahnısı böyük uğur gətirir. Qrup, yenidən adından söz etdirməyə başlayır. 2004-cü ilin sonunda qrupda radikal dəyişikliklər olur. Əfsanəvi vokalist Joey Belladona və gitarist Dan Spitz qrupa geri qayıdır. Bu birləşmə bütün dünyada böyük əks-səda ilə qarşılanır. Anthrax, Iron Maiden və Judas Priest'dən sonra bu böyük dəyişim ilə gündəmə oturur. Bir çoxlarına görə bu reuinon digər qruplardan çox daha məhsuldar və uğurlu olacaqdır.
2005-ci ildə «Alive 2» adlı canlı performanslarını live album olaraq yayımlayırlar. Konsertdə John Bush (1992-2004) dövründən heç bir mahnının iştirak etməməsi və "Spreading The Disease" albomunun çox da ön plana çıxmamış «Medusa» mahnısının inanılmaz bir müvəffəqiyyətlə şərhi diqqət çəkir. Joey'un dönüşü əsl Anthrax pərəstişkarlarını olduqca sevindirir. Qrup yenidən köhnə günlərinə qayıtmış kimi olur. 2007-ci ilin başında studiyaya qayıdırlar. Hər kəs yeni albomun çıxış tarixini gözləyərkən gitarist Scott Ian'dan şok bir xəbər gəlir: Joey Belladona Anthrax'la yenidən yollarını ayırır. Onun ardından Danny Spitz də qrupdan ayrıldığını açıqlayır. Bunun dərhal ardından John Bush'la yenidən razılığa gəlirlər amma Bush bu istəyi rədd edir.
Təxminən bir ilə yaxın gitara və vokal axtaran qrup, sonunda köhnə gitaristlərindən Rob Caggiago (2001-2005 Anthrax) və «Devilsize and Me» və «My Enemy» köhnə vokalisti Dan Nelson'la razılaşırlar. Dan'ın performansı John Bush'a həddindən artıq bənzəryir. Dan Nelson da John Bush'a olan heyranlığını gizlətmir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.