From Wikipedia, the free encyclopedia
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə "Hillside Stranglers" kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar.
Angelo Buono | |
---|---|
ing. Angelo Anthony Buono Jr. | |
Ləqəbi | "The Hillside Strangler" |
Doğum tarixi | 5 oktyabr 1934[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 sentyabr 2002[2][3] (68 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 10 |
Qətllərin dövrü | 16 oktyabr 1977 - 16 fevral 1978 |
Qətllərin yeri | Kaliforniya |
Həbs tarixi | 22 oktyabr 1979 |
Cəzası | ömürlük azadlıqdan məhrumetmə |
Vikianbarda əlaqəli mediafayllar |
Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı.[4] Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı.
1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar:
Buono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər. Hətta cinayətləri törədərkən Biançi Los-Anceles Polis Departamentində iş üçün müraciət etdi və "Hillside Stranglers"-i axtararkən polis əməkdaşları ilə bir neçə dəfə axtarışda iştirak etdi. Onlar on birinci cinayəti yöndəmsiz gördükdən qısa müddət sonra Biançi Los-Anceles Polis Departamentində polis gəzintilərində iştirak etdiyini Buonoya açıqladı və hal-hazırda "Hillside Stranglers" işi ilə əlaqədar dindirildiyini bildirdi. Buono qəzəbləndi və Vaşinqtonun Bellinqham şəhərinə köçməyəcəyi təqdirdə Biançini öldürməkdə hədələdi. 1978-ci ilin mayında Biançi Bellinqhama köçdü.
Buonoya qarşı məhkəmə işi əsasən Biançinin ifadələrinə əsaslanırdı. Biançinin etibarsız və əməkdaşlıq etməyən bir şahid olduğuna qərar verərək, işin əsl prokurorları Buonoya qarşı irəli sürülən bütün ittihamları rədd edərək onu sərbəst buraxmaq üçün işə başladılar. Sədrlik edən hakim Ronald M. Corc Buononu sərbəst buraxmaqdan imtina etdi və işi Kaliforniya Baş prokuroru Corc Dokmecanın ofisinə təyin etdi.
Buononun məhkəməsi 1981-ci ilin noyabrından 1983-cü ilin noyabrına qədər davam edən Amerika hüquq tarixində ən uzun müddət oldu. Məhkəmə zamanı Biançi yüngül cəza qarşılığında Buonoya qarşı ifadə verdi. Hakimlər heyəti Buonoyu doqquz qətldə günahlandırdı və o, ömürlük azadlıqdan məhrum edildi, hakim Corc ölüm hökmünün müvafiq cəza olacağını qeyd etdi.
1986-cı ildə Buono Kristina Kizuka ilə evləndi.[5] O, 2002-ci ildə vəfat etdi.[6] Onun bədəni yandırıldı.[7] 2007-ci ildə Buononun nəvəsi Kristofer Buono nənəsi Meri Kastilonu başından vurduqdan sonra bir müddət sonra intihar etdi. Kastilo bir vaxtlar Buono ilə evli idi və onunla birlikdə beş uşağı, o cümlədən, Krisin atası var.[8][9] Kris Buono 2005-ci ilə qədər babasının əsl kimliyindən xəbərsiz idi.
1989-cu ildə "Hillside Stranglers Case" filmində Buono aktyor Dennis Farina tərəfindən canlandırılmışdır.[10] 2004-cü ildə "The Hillside Strangler" filmində Buono obrazını Nikolas Turturro oynayıb və 2006-cı ildə "Rampage: The Hillside strangler murders" isə həmin obraz Tomas Arana tərəfindən canlandırıldı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.