Rum sultanlığı
From Wikipedia, the free encyclopedia
Remove ads
Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır.
Remove ads
Remove ads
Tarixi
Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir.
Remove ads
Bayrağı
Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir.
Mənbə
- Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads