Ana de Armas

From Wikipedia, the free encyclopedia

Ana de Armas
Remove ads

Ana Seliya de Armas Kaso (30 aprel 1988, Havana, Kuba[1]) — Kuba və İspaniya aktrisası. Karyerasına Kubada başlamış və 2006-ci ildə romantik dram filmi "Una rosa de Francia"-da baş rolda oynamışdır. 18 yaşında olarkən İspaniyanın Madrid şəhərinə köçərək, 2007-ci ildən 2010-cu ilə qədər məşhur yeniyetmə drama serialı "El İnternado"-da altı mövsüm çəkilmişdir.

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Remove ads

O, Los-Ancelesə köçdükdən sonra, psixoloji triller "Knock Knock" (2015) və komediya-cinayət filmi "War Dogs" (2016) filmində ingiliscə danışan rollar oynamışdır. 2016-cı ildə "Hands of Stone" filmində köməkçi rolda çıxış etmişdir. O, 2017-ci ildə ekranlara çıxan "Ülgüc üzərində qaçan 2049" elmi fantastika filmində holoqrafik süni intellekt proyeksiyası rolu ilə məşhurlaşdı. Ana de Armas 2019-cu ildə "Bıçaqlar çəkildi" adlı müəmma filmində ifa etdiyi performansa görə "Komediya və ya Musiqili Ən Yaxşı Aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatına namizəd oldu və "Ən Yaxşı İkinci Plan Aktrisa" kateqoriyasında "Saturn" mükafatını qazandı. 2021-ci ildə nümayiş olunan Ceyms Bond filmi, "Ölməyə vaxt yoxdur"da Paloma rolunda çəkildi, 2022-ci ildə işıq üzü görən "Sarışın" filmində Merilin Monronu canlandırdı.

Remove ads

Filmoqrafiya

İstinadlar

Loading content...

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads