Amvaj
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Amvaj adaları (ərəb. جزر أمواج) — Hind okeanına daxil olan Fars körfəzində yerləşən suni adalardan ibarət olan arxipelaq. İnzibati cəhətdən Bəhreynin Muharrak muhafazasına daxildir.
Amvaj | |
---|---|
ərəb. جزر أمواج | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Amvaj adası |
Ümumi sahəsi | 2,79 km² |
Hündür nöqtəsi | 0 m |
Əhalisi | 10.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
26°17′30″ şm. e. 50°40′00″ ş. u.HGYO | |
Ölkə | Bəhreyn |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Amvaj adaları Muharrak adasından şimal-şərdə qərarlaşır. Arxipelaq Muharrak adası ilə uzunluğu bir kilometrə çatan iki avtomobil yolu ilə birləşir. Arxipelaq oval formaya malikdir. Onun uzunluğu 2,4 km. , eni isə 2,1 km təşkil edir. Sahəsi 2,79 km²-dir. 2010-cu ilə olan məlumata görə arxipelaqda 10000 insan yaşayır. Burada müasir texnologiyanın hər imkankarından istifadə edilmişdir. Adalarda 23 mərtəbədən ibarət olan ofis binaları mövcuddur[1]. Üstəlik yaşayış binalarıda kifayət qədərdir. Ən iri mehmanxanası «Rotana» adlanır ki, buradada 311 otaq vardır[2]. Adada həmcinin məktəb, universitet, xəstəxana, əyləncə parkı vardır. Diametri 240 metr olan Yaxt dayanacaq yeri 140 gəminin saxlanmasına imkan verir. Bu tikilin inşasına 1,5 milyard dollar sərf edilmişdir.
Arxipelaq ümumilikdə doqquz adadan ibarətdir:
Süni arxipelaqın yaradılması fikri hələ 2000-ci ildə ortaya atılmışdır[3] burada hədəf Bəhreynə gələn xaricilərin torpaq sahəsi və ev alaraq mülk sahibi olmasını təhim etmək zərurətindən meydana gəlmişdir. Bu fikrin yaranmasına səbəb həm də Bəhreynin kiçik sahəyə malik ada dövləti olması idi. Bəhreynin ərazisi cəmi 765 km² təşkil edir. Əsas podratçı şirkət Oasis Real Estate Development Company olmuşdur. Tikinti işləri 2002-ci ildən başlanmışdır. Adaların suyun dibindən qaldırılması məqsədilə közfəz dibindən xüsusu sorucu qurğularda qum bir yerə taplanılaraq adalar əmələ gətirilmişdir. Sonradan presləyici texnikalar adanın möhkəmliyini təmin etmək məqsədilə onu bərkitmişlər. Növbəti ildə artıq tikintinin birinci etapı bitmişdir. 2004-cü ildə iki etapa keçilir. Bu işləri Cisco Systems və Oracle Corporation şirkətləri həyata keçirmişdir.adalar telefon, tekevizor kabelləri vı internetkə tam təmin edilir. 2016-cı ilə burada tam konfortlu şəkildə yaşanaq üçün hər şeylə təmin edilmişdir. Elektrik, yollar, mərkəzi su xətti, kanalizasiya, elektron əlaqələr tam təmin olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.