Monqol İmperiyasının xaqanı From Wikipedia, the free encyclopedia
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur.
Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir.[2]
1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır. Güclərini toplayaraq yenidən hücuma keçən Alqu xan yeni səfər sırasında 1266–cı ildə ölür. Məzarı Almalıqdadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.