Remove ads
From Wikipedia, the free encyclopedia
Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; 1 oktyabr 1949, Ağdam – 26 dekabr 2020) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası,[1] Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı.[2]
Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur.
Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.[3]
Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir.[4]
1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.