Almaniya mətbəxi

From Wikipedia, the free encyclopedia

Remove ads

Almaniya mətbəxi (alm. deutsche Küche) — Almanların mətbəxi.

Tarixi

Alman mətbəxinin çox zəngin və maraqlı tarixi var[1]. Onun kulinar ənənələri ölkənin regionlarınlardan asılı olaraq fərqlənir. Vahid alman mətbəxi anlayışı XIX əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı[2][3][4].

Kartof məhsulları

Thumb
Kartof püresi

Alman mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Almanlılar kartof püresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş xörək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz. Desertlərin arasında ən çox seviləni başlanğıcını Avstriyadan götürən Afeıştrudel – isti isti verilən alma piroqudur[5][6].

Remove ads

Regional ənənələr

Qərbi Almaniyanın ŞvarsvaldBaden-Vürtemberq regionunda qonşu İsveçrəFransanın güclü təsirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən Alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq, Almaniyadan xaricdə yaxşı tanınır[7][8].

Almansayağı şorbalar

Şorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşar BohnensuppeZwiebelsuppe şorbalarıdır. Şərq Almanlar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur[9][10].

Remove ads

Ət yeməkləri

Thumb
Kolbasa Almaniyanın bütün regionlarının sevimli yeməyidir

Almaniyada, təkcə, kolbasasosiskanın 1500 növü var[11][12]. Ayntopf (almanca: Eintopf — quru şorba) alman mətbəxinin əsas yeməklərindən sayılır. Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, lakin çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsüllarla bişirilən donuz əti, çox populyardır. Orta yaşlı alman il ərzində 84 kq ət yeyir[13]. Yer səthində Alman sosiskaları, məs. hotdoq kimi tanınan frankfurters haqqında eşitməmiş adamı tapmaq qeyri-mümkündür. Alman mətbəxinin ənənəvi ət yeməkləri içərisində şnitsel xüsusi yer tutur.

Remove ads

Turş kələm

Almaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ən’ənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır. Almanlar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsümu apreldə başlayır və iyunda bitir. Bu mövsüm ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.

Remove ads

İçkilər

Thumb
Alman pivəsi

Qəhvə Almaniyada çaydan çox sevilən içkidir[14]. Almanlar "Kaffeekuchen" adlandıran yemək qəhvə ilə istənilən pirojnadan ibarətdir. Almanlar bütün növ ailə bayramlarını, hətta ailə üzvləri ilə birqə yeyilən sadə yeməkləri çox sevir[15]. Almanlar pivə içməyi çox sevirlər, və bu içki orada nömrə bir içkisi sayılır[16]. Bu səbəbdən Almaniyaların hətta Oktoberfest adlanan populyar pivə festivalı vardır. Ən məşhur pivə növləri arasında: pils – ənənəvi acı pivə və wizen – fermentasiya prosesində ağ rənğı əldə edən 50 % buğda mayası olan pivədir. Oktoberfest festival zamanı çoxlu miqdarda soyuq ətlər və donuz ayağları yeyilir[17].

Remove ads

Çörək

Bretzel — Almaniyanın Bavariya əyalətində diametri 10–15 sm olan çörək növüdür.

Qida sənayesi

Almaniya qida sənayesinə görə Avropa İttifaqında üçüncü ən böyük yerdədir[18]. 2013-cü ildə Almaniyada qida istehsalı təxminən 66 milyard avro olmuşdur[19]. Bir çox qida məhsulları beynəlxalq tanınmış brendlərdir[20].

İstinadlar

Loading content...

Ədəbiyyat

Loading content...

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads