Alla Axundova

From Wikipedia, the free encyclopedia

Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi, şairə, dramaturq, tərcüməçi. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1988). 1970-ci ildən "Yazıçılar Birliyi"nin[1] və 1971-ci ildən “Rusiya Kinematoqrafçılar İttifaqı”nın üzvü[2]. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski onu SSRİ-də müasir qadın poeziyasının üç əsas “sütun”undan biri adlandırıb.[3] Alla Axundova "Şərikli çörək" və "Alma almaya bənzər" filmlərinin ssenari müəllifidir.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Alla Axundova
Doğum tarixi 27 oktyabr 1939(1939-10-27) (85 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, ssenarist, şair, dramaturq, tərcüməçi
Üzvlüyü
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1988 Azərbaycan SSR Dövlət mükafatı — 1970
Bağla

Həyatı

Alla Nuru qızı Axundova 27 oktyabr 1939-cu il oktyabr ayının 27-də Moskvada qulluqçu ailəsində anadan olmuşdur.[4] 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir.[5]

Fəaliyyəti

1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb. A.Axundova “Ağ şəfəq”, “Bazar günü bağçası”, “Həvvanın sözü”, “Təbiət mənzərələri”, "Pillələr", “İstirahət bağı”, "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları ilə yanaşı, qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə etmiş, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunmuşdur. Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunmuşdur.[6]

“Sirr.Sirr.Sirr” pyesi, “Çöhrənin ifadəsi” nəsr əsəri onun qələminin məhsuludur.[7]

Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.[8]

Mükafatları

  • Azərbaycanın SSR əməkdar incəsənət xadimi (1988)
  • Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970)

Əsərləri

  • Весёлые кони: стихи для детей. — М.: Малыш, 1969.
  • Белый свет: сборник стихов. — Bakı, 1970.
  • Дровосек без топора. Присказка-небылица. — Мoskva: Детская литература, 1970.
  • Белое, красное, жёлтое яблоко: стихи для детей. — М.: Детская литература 1977.
  • Девочка-припевочка. — М.: Детская литература. 1978; Московская панорама / Николай Рахманов — фотографии, Алла Ахундова — стихи, Роберт Рождественский — вступительный текст. — М.: Московский рабочий, 1979.
  • Почему бывает?: стихи для детей. — М.: Детская литература. 1982.
  • Воскресный сад: сборник стихов. — М.: Советский писатель, 1987.
  • Ступеньки: сборник стихов для детей. — М.: Детская литература, 1989.
  • Открытки с видами: сборник стихов. — М., 1999.
  • Погремушка: стихи. — М.: Самовар 2004. — (Серия «Малышам»).
  • Слово Евы. — М.: Московская городская организация Союза писателей России, 2004.
  • Птица: сборник стихов. — М., 2005. Карнавал: сборник стихов. — М., 2009.

Tərcümələri

  • "Nəvazişli nəğmələr. Azərbaycan xalq poeziyasından." — M.: Uşaq ədəbiyyatı, 1967.
  • N. Bakozoda. "Gör necə də dəcəlsən!" / Tacik dilindən tərcümə edən Alla Axundova. — M.: Uşaq ədəbiyyatı, 1974.
  • "Şən bahar. Azərbaycan folklorundan." — M.: Uşaq ədəbiyyatı, 1975.
  • "Gül deyərəm, lalə deyərəm: Azərbaycan xalq mahnıları, bayatılar, saymacalar, təmsillər və tapmacalar." — Bakı: Gənclik, 1987.
  • Qədim türklərin eposunu, ingilis, ərəb və gürcü şairlərinin şeirlərini tərcümə etmişdir. Türkdilli xalqların epos abidəsi "Kitabi-Dədə Qorqud" əsərini rus dilinə çevirmişdir.
  • Hamlet İsaxanlı. "Kontrastlar" / Alla Axundovanın tərcüməsində şeirlər kitabı (Azərbaycan dilindən). — M.: İzograf, 2006.

Filmoqrafiya

  1. Biz oynadığımız dəniz sahilində (1967)
  2. Cırtdan (film, 1969)
  3. Şərikli çörək (film, 1969)
  4. Var olun, qızlar... (film, 1972)
  5. Şahzadə-qara qızıl (film, 1974)
  6. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi[3]
  7. Avtomobil, skripka və xallı it (1975)
  8. Şir evdən getdi (film, 1977)
  9. Bizi bağışlayın (film, 1979)
  10. Uşaq və külək (film, 1982)
  11. Oralarda, keçilməmiş yollarda (1983)
  12. Təqib (film, 1984)
  13. Lyuboçka (film, 1984)[9]
  14. Bahar əyləncələri (film, 1989)

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.