From Wikipedia, the free encyclopedia
Alemanlar — bir çox German qəbiləsinin bir araya gələrək qurduqları savaşçı topluluğun adı.
Qotlar və slavyanlar tərəfindən Brandenburqdan qovulduqdan sonra III əsrin əvvəllərində Main çayı üzərində göründülər. Öncə Karakalla (213), sonra III əsr imperatorları, daha sonra da Valerius Constantius tərəfindən (301) Roma imperiyası torpaqlarından püskürdülüncə IV əsrin ortalarına qədər Reyn çayının sağ sahilində Main ile Konstanz gölü arasına yerləşib qaldılar. İşğal etdikləri yer Vürtemberq, Bade və Alman İsveçrəsini əhatə edirdi. V əsrin ortalarında burada bir krallıq qurdular. Sonraları Reyni keçərək Köln ilə Konstanz arasında Alsacedə yerləşməyə çalışdılar ancaq öncə Julianus (Strasbourg, 357) və Valentinianus, sonra da Attilanın Hun basqını sırasında Aetius tərəfindən (453) Reynin ötəsinə atıldılar. Cənubi-qərbdə burqundlar ilə şimal-qərbdə franklar ilə çarpışdılar. 496-cı ildə krallıqları franklar tərəfindən işğal edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.