From Wikipedia, the free encyclopedia
Aleksey Alekseyeviç Birilyov (rus. Алексей Алексеевич Бирилёв; 16 (28) mart 1844 və ya 16 mart 1844[1], Tver[1] – 6 (19) fevral 1915 və ya 6 fevral 1915[1], Petroqrad[1]) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsində Sakit Okean Donanmasının baş komandanı olmuşdur.
Aleksey Birilyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 (28) mart 1844 və ya 16 mart 1844[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 (19) fevral 1915 (70 yaşında) və ya 6 fevral 1915[1] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Birilyov 1859-cu ildə Rusiya İmperator Donanmasına qatılmış və iki dəfə dünya səyahətinə çıxmışdır. 1880–1884-cü illərdə bir neçə gəminin komandanı olmuşdur. 1894–1901-ci illərdə ildə Baltika Donanmasının, daha sonra isə Aralıq Dənizi Eskadrasının artilleriya təlim heyətinin komandanı təyin olunmuşdur. 1904-cü ilin fevralında Kronştadt hərbi bazasının heyət başçısı, Kronştadtın hərbi qubernatoru, Baltika Donanmasının heyət başçısı və Baltika dənizi regionunun müdafiə donanmasının direktoru seçilmişdir.[2]
Birilyov 1905-ci ildə admiral rütbəsinə yüksəlmiş və həmin ilin mayında Vladivostoka göndərilərək Sakit Okean Donanmasının rəsmi komandanı olmuşdur. Burada İkinci Sakit Okean Eskadrasının komandanlığını almaq vəzifəsi də ona tapşırılmışdır. Birilyov qatarla Vladivostoka səyahət edərkən Tsuşima döyüşündəki məğlubiyyətdən xəbər tutmuş və dərhal çara teleqraf göndərərək paytaxta qaytarılmasını tələb etmişdir. Çar onun bu tələbini Vladivostokda Birinci və İkinci Sakit Okean Eskadralarına 2 ay komandanlıq etdikdən sonra qəbul etmişdir.[2]
Birilyov Sankt-Peterburqa qayıtdıqdan sonra 1905-ci ilin iyununda Fyodor Avelanı əvəz edərək donanma naziri olmuşdur. 1907-ci ilin yanvarına qədər bu vəzifədə qalmışdır.[2] O, donanmanı yenidən inşa etməyə çalışsa da, çox uğur qazana bilməmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.