Alagöl (Qazaxıstan)
Su hövzəsi From Wikipedia, the free encyclopedia
Su hövzəsi From Wikipedia, the free encyclopedia
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir
Alagöl | |
---|---|
Алакөл | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 347 m |
Eni | 104 km |
Uzunluğu |
|
Sahəsi |
|
Həcmi | 58.600 hm³ |
Dərin yeri | 54 m |
Yerləşməsi | |
46°04′52″ şm. e. 81°45′51″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır.
Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir. Təcrübə üsulu ilə sübut olunmuşdur ki, su artrit və sinir sisteminin xəstəlikləri üçün yaxşı müalicəvi təsirə malikdir. Gölün qəribə suyu həmçinin insanın ümumi fiziki vəziyyətini də yaxşılaşdırır. Alagöl gölünün dərəsi az rütubətə malik zonada yerləşir. Bu isə ağ ciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaxşı şәraitin inkişafına yardım edir. Alagöl gölünə gələn turistlər Almatının şimal-şərq hissəsində, gölün cәnub-qərb sahilində yerləşən "Arktur" istirahət mərkəzində qala bilərlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.