From Wikipedia, the free encyclopedia
Hüseynov Akif Məmməd oğlu (26 may 1941, Tbilisi) — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958).
ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur.
Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).
Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.