Remove ads
From Wikipedia, the free encyclopedia
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | Elmi-tədqiqat institutu |
Yaradılıb | 1933 |
Digər məlumatlar | |
Direktor | akademik İsa Həbibbəyli |
Ünvan | AZ 1143, Hüseyn Cavid prospekti, 117 |
Telefon | (994 012) 510-34-25 |
Sayt | literature.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir[1]. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:
İnstitutun baş direktoru:
İnstitutun icraçı direktoru:
Elmi katib:
Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq elmi aşağıdakı şöbələr və sektorlar üzrə araşdırılıb tədqiq edilir:
Köməkçi şöbələrdən Beynəlxalq Əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, İctimaiyyətlə Əlaqələr və Təhsil şöbələri İnstitutun çoxcəhətli fəaliyyətini əlaqələndirir. Bundan başqa, İnstitutda Çin Tədqiqatları Mərkəzi (4 fevral 2015-ci il), Koreya mərkəzi (9 fevral 2015-ci il) və Əlişir Nəvai adına Ədəbiyyat Mərkəzi (29 iyun 2018-ci il) fəaliyyət göstərir.
Folklorun tarixi və nəzəriyyəsi, toplanması və nəşri, ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatının tarixi mərhələləri və inkişaf qanunauyğunluqları, nəzəri problemləri, ədəbi əlaqələr, Cənubi Azərbaycanda ədəbi proses, xaricdə Azərbaycan ədəbiyyatı, ortaq türk ədəbi abidələri, müasir və klassik bədii irsin nəşri.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu aşağıdakı akademik qurumlar və universitetlərlə əməkdaşlıq müqaviləsi və memorandum imzalamışdır:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra əhəmiyyətli tədqiqat əsərləri hazırlanıb nəşr edilmişdir:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəriciləri 2014-cü ildən etibarən ardıcıl olaraq kitab halında çap olunur[2].
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun elmi jurnalı olan "Ədəbiyyat məcmuəsi" (hazırda "Azərbaycan ədəbiyyatşünaslığı") jurnalı 1946-cı ildən çıxan respublika miqyasında əsas elmi nəşrlərdən biri hesab olunur[3]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Poetika.izm" 2014-cü ildən nəşr olunur[4]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Müqayisəli ədəbiyyatşünaslıq" 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Jurnal 19 fevral 2019-cu ildən "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır[5].
Nizami Gəncəvi adına Ədəbiyyat institutunda görkəmli yazıçı və şairlərimizin ədəbiyyatşünas alimlərimizin həyat və yaradıcılıqlarının öyrənilməsi məqsədilə "Sənətkarın elmi pasportu" seriyası yaradılmışdır. "Sənətkarın elmi pasportu" seriyasında aşağıdakı kitablar nəşr olunmuşdur:
Ədəbi proses bədii yaradıcılıq, ədəbiyyat sahəsində gedən prosesləri, baş verən dəyişmələri, çətinlikləri və mübarizəni əhatə edən hadisədir[6]. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müşavirələrin keçirilməsinə 1976-cı ildən başlanılmışdır. "Ədəbi proses" yaradıcılıq müşavirələrinin keçirilməsi 1976–1984-cü illərdə ənənəyə çevrilmişdir. Ədəbi prosesə həsr olunmuş ilk yaradıcılıq müşavirəsinin materialları ondan bir il sonra 1977-ci ildə nəşr olunmuşdur. Yaradıcılıq müşavirəsinin 1983–1984-cü illərin ədəbiyyatına həsr olunmuş materialları on ildən sonra, yəni 1994-cü ildə nəşr olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda otuz illik fasilədən sonra keçirilmiş "Ədəbi-proses-2013" yaradıcılıq müşavirəsi yeni tarixi epoxanın ədəbi tənqidinin parolunu vermişdir. "Ədəbi proses" sessiyalarının ənənələrinə 30 ildən sonra, 2014-cü ildə yenidən qayıdılmışdır[7].Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyat üzrə ilin yekunlarına həsr edilmiş "Ədəbi proses" yaradıcılıq müşavirələrinin materialları 2013-cü ildən etibarən ardıcıl olaraq kitab halında çap olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan "Ədəbi proses" icmalları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yüksək elmi səviyyədə yazılmış ədəbi-tarixi oçerkləridir. Ədəbi proses müşavirəsinin məruzələri əhatə etdiyi dövrün Azərbaycan ədəbiyyatı tarixinin konkret bir mərhələsinin janrlar üzrə təhlillər aparılmış elmi icmallarıdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çoxcildlik "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası yaradılmışdır. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası üzrə aşağıdakı kitablar nəşr olunmuşdur:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.