From Wikipedia, the free encyclopedia
Aişə Həfsə Sultan (təq. 1479[1], bilinmir – 29 mart 1534, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Qanuni Sultan Süleymanın anası, Validə sultan.
Aişə Həfsə Sultan | |
---|---|
türk. Hafsa Sultan osman. عایشه حفصه سلطان | |
| |
30 sentyabr 1520 – 19 mart 1534 | |
Əvvəlki | Gülbahar Xatun |
Sonrakı | Nurbanu Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Yavuz Sultan Səlim külliyəsi, İstanbul |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Yavuz Sultan Səlim |
Uşaqları |
Sultan Süleyman Qanuni Xədicə Sultan Beyhan Sultan Fatma Sultan Hafsa Sultan Şah Sultan |
Ailəsi | Osmanlı imperiyası |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı haqqında yetərli məlumat yoxdur. Vəfat etdiyi əsnada 56 yaşında olması səbəbilə, doğum tarixi olaraq 1478-ci il qəbul edilir. Bir çox vəqf sənədlərində adı Ayşə, Hafsa bint Əbdülmuin, Ayşə bint Əbdürrəhman olaraq qeyd olunur. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Beləcə, onun Krım xanı Məngli Gərayın qızı və Yavuz Sultan Səlimin digər hasəkisi Ayşə Xatunla eyni insan olmadığı isbat olunur.
Aişə Həfsə Sultanın, Şahzadə Səlimin Trabzon sancaqbəyliyi dönəmində saraya alındığı və ilk illərini Trabzon sarayında keçirdiyi bilinir. Burada keçirdiyi 20 il boyunca sırayla yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirdi. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilmiş, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilmişdir. Bütün bu təyinatlar boyunca Aişə Həfsə Sultan da oğlunun yanında yer almış, onunla birlikdə öncə Krıma, daha sonra isə Manisaya hərəkət etmişdir.
Əri Yavuz Sultan Səlimin 1520-ci ildə vəfatı və oğlunun taxta çıxmasının ardından Aişə Həfsə Sultan İstanbula gətirilərək Validə sultan elan edildi. 13 ildən çox Validə sultan olan Aişə Həfsə Sultan 19 mart 1534-cü ildə vəfat etdi və cənazəsi Yavuz Sultan Səlim külliyəsində, ərinin türbəsinin yaxınlığında dəfn edildi. Daha sonra məzarının üzərində öz adını daşıyan türbə inşa edilsə də, türbənin inşa tarixi tam olaraq bilinmir.
Bir çox yerli və əcnəbi tarixi mənbələrdə Aişə Həfsə Sultanın oğlunun üzərində güclü nüfuzunun olması, ancaq bu gücü xeyriyyə işlərində istifadə etdiyi və dövlət idarəsindən uzaq durduğu qeyd olunur. Bundan başqa oğlunun, cariyələrindən Xürrəm Sultana həddindən artıq bağlanmasından narazı olduğu və onun saray hərəmində güc qazanmasına mane olduğu bilinir. Bu narazılıqlarını oğluna ünvanladığı və günümüzədək gəlib çatan məktublarında müşahidə etmək mümkündür.
Gözəlliyi qədər gördüyü xeyriyyə işləriylə də tanınan Aişə Həfsə Sultan Manisada öz adını daşıyan bir külliyyə inşa etdirmişdir. Məscid, mədrəsə, sübyan (yetimlər) məktəbi və imarətdən ibarət olan bu külliyənin inşası 1523-cü ildə tamamlanmış, Aişə Həfsə Sultanın vəfatının ardından 1538-ci ildə hamam, 1539-cu ildə isə darüşşəfa (xəstəxana) binaları oğlu tərəfindən külliyəyə əlavə edilmişdir.
Bəzi mənbələrdə Beyhan Sultan və Şahıhuban Sultanın Yavuz Sultan Səlimin digər xanımı Ayşə Xatundan doğulduğu qeyd edilsə də, onların doğum və evlilik tarixləri bu iddianı çürüdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.