From Wikipedia, the free encyclopedia
Adi qonurilanı[2] (lat. Coronella austriaca) — Suilanıkimilər fəiləsinə aid növ. Nadir ilandır, Azərbaycanın Qırmızı Kitabına (2013) salınıb.
Adi qonurilan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Adi qonurilan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bədən uzunluğu 691 mm, bəzən uzunluğunun quyruq uzunluğuna nisbəti L./L.cd 4.0 – 6.5 mm (erkək fərdlərdə) dəfə azdır. Bədənin orta hissəsində onu bir cərgədə əhatə edən pulcuqların miqdarı Sq=19, qarın tərəfdə uzununa yerləşən bir cərgədəki qalxancıqların miqdarı erkək fərdlərdə Ventr 150–182, dişi fərdlərdə 170–200, quyruqaltı qalxancıqların sayı S.cd. 40–70 cüt olur. Gözönü qalxancıq 1-dir, gözaltı qalxancıq və gözüstü qalxancıqlar yoxdur. Gözarxası qalxancıq 2-dir. Gicgah qalxancıqları 2+2, 2+3, çox nadir hallarda 1+2 olur. Burun dəlikləri arasında 2 qalxancıq var. Üst dodaq qalxancığı 7, nadir hallarda 8 olur. Onlardan 3 və 4-cü, yaxud 4 və 5-ci gözə toxunur.
Kənar qarın qalxancıqları yaxşı nəzərə çarpan qabırğacıqlara malikdir. Bu ilanın rəngi olduqca parlaqdır, qonur və bəzəndə tutqun olur. Bədənin üst tərəfinin rəngi boz, boz-qonur, qəhvəyi-boz, sarımtıl-boz, qırmızı-qonur və qırmızı rəngə qədər kəskin şəkildə dəyişir. Erkəklər adətən qırmızımtıl, dişilər isə boz rəngdə olur. Bel tərəfi boyunca 2–4 cərgədə yerləşən köndələn xallar birləşərək, bütöv zolaq əmələ gətirir. Bəzi hallarda zəif nəzər çarpan 2–4-ə qədər uzununa bel boyunca yerləşən xırda qonur xalların və nöqtələrin sırasından yaranır. Boyunda 2 qonur zolaq, yaxud 2 xal olur. Bu xallar peysər hissədə bir-birinə qovuşur. Baş üst tərəfdə bir rəngdə olub, xarakterik qövsşəkilli naxışa malikdir. Burun dəliklərindən başlayıb, gözdən keçən və ağızın küncünə qədər uzanan ensiz tutqun zolaq boyunun yanlarında da davam edir.
Gözün qüzehli qişası əksər hallarda qırmızı rəngdə olur. Quyruq bir qayda olaraq açıq rəngdə olub, bəzəyinə görə qarın tərəfdən fərqlənir.
Adi qonurilanın arealı demək olar ki, bütün Avropanı, (İrlandiya və İngiltərənin çox hissəsində), Skandinaviyanın şimal hissəsində və Priney yarımadasının cənub yarısında, Aralıq dənizinin bir sıra adalarında (Krit və Kipr adasından başqa), Qazaxıstanın qərbinə qədər, Kiçik Asiyanın şimal yarısında, Qafqazda və Şimali İranda, onun şərq və cənub-şərq hissəsində yayılmışdır. Adi qonurilanın aid olduğu su ilanları fəsiləsinin yer kürəsində 300 -dən artıq cinsə aid edilən 1700-dən artıq növü, Azərbaycanda isə su ilanları fəsiləsinin 9 cinsə aid edilən 19 növü məlumdur.
Qonurilan cinsinin Azərbaycanda 1 növü məlumdur. Növ Qafqazda, Azərbaycan, Ermənistan, Gürcüstan, Dağıstan və şimali Qafqazın ərazisində rast gəlinir. Azərbaycanda Talışda, Hüqavar, Marayurdda, Deman postu ətrafında, Lənkəran rayonunda Siyov kəndi ətrafında, Xanbulançay, Qəbələ rayonunun Qəmərvan kəndi ətrafında, Qax rayonunun İlisu və Sarıbaş kəndləri ətrafında Kumrux çayı boyunca olan ərazilərdə, Kiçik Qafqazda Gədəbəy rayonunun Mağaradakı ətrafında, Şuşada, Şəmkirdə, Şəkidə yayılıb.
Adi qonurilan enliyarpaqlı, iynəyarpaqlı, qarışıq meşələrdə, meşənin kənarında, nadir hallarda açıq sahələrdə, çöl və çəmənliklərdə yaşayır. Qafqazda daşlı dağ çöllərində, seyrək kollu daşlı yamaclarda, yüksək dağ çəmənliklərində və subalp zonasında 3000 m-ə qədər hündürlükdə yaşayır. Sığınacaq kimi gəmiricilərin və kərtənkələlərin torpaqda qazdığı yuvalardan, daşların arasındakı boşluqlardan, ağac koğuşlarından, qayaların arasındakı çatlardan və boşluqlardan istifadə edir. Qış yuxusundan martın sonunda, bəzən də aprelin sonunda oyanır. Avqustun sonunda və sentyabrın 2–15 bala verir. Bala fərdlərinin uzunluğu 125 – 170 mm olur. Adi qonurilan Qafqaz qayalıq kərtənkələsi, yaşılqarın kərtənkələ, artivin kərtənkələsi, adi suilanı, çöl siçanı, meşə siçanı, sərçəkimilərə aid olan quşların balaları, yaşıl quru qurbağası, zolaqlı çılpaqgöz və kərtənkələlərin yumurtadan çıxmış balaları ilə qidalanır. Bala fərdlər ilk vaxtlar cücülərlə qidalanır.
Qafqazda 1 km məsafədə 2–5 fərdinə, Böyük Qafqazın cənub ətəklərində və Kiçik Qafqazda 10 – 15 km məsafədə 2–3 fərdinə rast gəlmək olur.
Gündüz yırtıcı quşlarının, kirpilərin, yırtıcı məməlilərinin onlarla qidalanması və onların yaşaması üçün əlverişli sahələrin insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilməsidir. Süni şəraitdə (terariumda) çoxaltmaq mümkündür. Geniş miqyasda çoxaldılması Azərbaycanda öz həllini hələlik tapmamışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.