From Wikipedia, the free encyclopedia
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü.
Adi balıqçıl | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Telluraves Klad: Coraciimorphae Klad: Cavitaves Klad: Eucavitaves Klad: Picocoraciae Klad: Picodynastornithes Dəstə: Yarımdəstə: Alcedines Fəsilə: Yarımfəsilə: Alcedininae Cins: Növ: Adi balıqçıl |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Asan və dağətəyi rayonların, çay, göl və başqa su hövzələrində məskunlaşır. Oturaq yaşayır. Qış mövsümündə bir hissəsi dağlardan arana və cənuba köçür. Azsaylıdır. Uçurumlardakı, yuvalarda yuva quraraq aprelin sonunda 65-70 sm uzunluğunda çuxur qazır. Mayda 5-7 ağ yumurta qoyur. 19-20 gün kürt yatır. Həşəratları ancaq dişi yemləyir. Bəzi cütlər mövsüm ərzində 2 dəfə cücə çıxardır. Yalqız və ya cütlərlə gəzir. Xırda balıqlar və su həşəratları ilə qidalanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.