məməli növü From Wikipedia, the free encyclopedia
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika).
Adi Sibir porsuğu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi Sibir porsuğu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur. Bu səbəbdən Sibir porsuğu arxası yuxarı əyilmiş olur. Baş iri, sifəti uzunsov, quyruğu qısa və sıx tüklüdür. Ayaqlar qeyri-mütənasib olaraq genişdir — 10 sm enində və 9 sm uzunluqdadır, bu da Sibir porsuğunun dərin, boş qardan asanlıqla keçməsinə imkan verir. Pəncələri böyük, əyridir. Sibir porsuğu cüssəsini bütün ayalarının üstünə qoyur, bu da hərəkət əsnasında ona xas bir xüsisiyyət müəyyənləşdirir.
Dişləri güclü, kənarları itidir. Sibir porsuğunun xəzi qalın, uzun, qaba, qəhvəyi və ya qəhvəyi-qara rəngə malikdir. Heyvanın iki yarımnövü var: Şimali Amerika və Avropa.
XVI əsrdə Polşa tarixçisi Metvey Mexovski Sibir porsuğunu belə təsvir edir.
Litva və Moskva ətrafında hələ də olduqca acgöz və xeyrverməz bir heyvan vardır. Qütb porsuğu adı ilə tanınan bu canlı digər yerləsrdə rastlanılmır. Həcmcə bir itə, sfətdən pişiyə, bədəndən və quyruqdan tülküyə bənzəyən qara canlıdır. Cəsədlərlə qidalanır. |
Sibir porsuğu tayqa, meşə-tundra və qismən Avrasiya və Şimali Amerikanın tundrasında geniş yayılmışdır. Avropada, Skandinaviya yarımadasının şimalında, Finlandiya, Estoniya, Latviya, Litva, Rusiyada, qismən Polşa və Belarusda qorunub saxlanılmışdır.
Rusiyada onun arealının cənub sərhədi Tver, Kirov, Leninqrad və Voloqda və Perm vilayətlərinin ərazisindən keçir. Sibir porsuğu Sibirdə və Uzaq Şərqdə geniş yayılmışdır. Murmansk vilayətindəki Kola yarımadasında, Kareliya, Pskov və Novqorod vilayətlərində, Komi Respublikasında və Kamçatkada da geniş ərazidə yayılmışdır.
ABŞ ştatlarından biri olan Miçiqan "Sibir porsuğu ştatı" (ing. The Wolverine State) ləqəbini almışdır.
Sibir porsuğu ömrünün çox hissəsini tək başına keçirir, ərazisinin sərhədlərini cinsiyyətindən fərqli olaraq fəal şəkildə qoruyur. İri ağac gövdələrinin altında, qayaların aralarındakı çatlarda və digər gözdən iraq yerlərdə yuvalayırlar. Ova günorta vaxtı çıxırlar. Digər dələkimilərdən fərqli olaraq kömçəri həyat tərzi keçirir, yemlərinin ardınca uzaq məsafələrə gedə bilirlər. Ümumi ov ərazisinin sahəsi 1500–2000 km²-ə çata bilər. Asanlıqla dırmaşa bilirlər. Kəskin görmə, eşitmə və hiss etmə qabiliyyəıtləri vardır. Tülkü mırıltısına bənzər səslər çıxarırlar.
Sibir porsuqları vasvası deyillər: tez-tez qurdlar və ayıların parçaladığı qalıqları yeyirlər. Dovşan, tetra, Adi bonazi tetrası, sıçan kimi gəmiricilərlə qidalanırlıar. Qida rasionuna azda olsa: marallar, cüyür, müşk maralı, sığın və arxar daxil ola bilir. Bu vəziyyətdə ümumiyyətlə gənc buzovlar, yaralı, zəifləmiş və ya xəstə heyvanlar onun qurbanı olurlar. Qaçmaqla şikarlarını ovlayırlar. Tez qaçmasalar da, olduqca dözümlüdürlər və şikarlarını sona qədər izləyirlər. Çox vaxt ovçuların qışlaqlarını xarab edir və tələlərdən ovları oğurlayırlar. Böyük Sibir porsuqlarının tək canavara hücum etdiyi vaxtlar müəyyən olunub.
Yaz aylarında quş yumurtaları, arı sürfələri, giləmeyvə və bal yeyir. Balıq tuturlar. kürüləmə zamanı balıqları asanlıqla ovlaya bilirlər. Yuvada oturan quşları belə tuturlar.
Sibir porsuqları ağaclara dırmaşmaları yerdə gəzmələrindən heç də pis deyil. Sibir porsuqları özündən 5 qat daha böyük yırtıcıları öldürə bilirlər. Bir insana belə hücum edə bilər (Ancaq əgər insan bir küncə və ya dalana dirənibdə). Sibir porsuqu olduqca qorxmaz və təhlükəli bir heyvandır (yalnız Hindistan–bal porsuğu ilə müqayisə oluna bilər). Bu səbəbdən hətta bir ayı belə bu canlıya rastlaşdıqda ondan aralı durmağa çalışır.
Təbii şəraitdə Sibir porsuqları 10 il, qapalı şəraitdə isə 17 il yaşaya bilər.
Çütləşmə yalnız may-avqust aylarında baş verir. Dişi hər iki ildə bir dəfə nəsil gətirir. Erkək və dişi cəmi bir neçə həftə birlikdə olur. Döllənmiş bir yumurta, dərhal bölünməyə başlamaz. Normal embrional inkişaf yalnız 7–8 aydan sonra başlayır. Effektiv hamiləliyin təxminən 30–40 günündən sonra, ən çox fevral və ya mart aylarında sığınacaq yerlərdə dişi iki-dörd bala doğur. Hər birinin çəkisi 100 qram olur. 4 həftədən sonra gözləri açılır. Balalar 10 həftə ana südü ilə qidalanır. Sonra ana onlara yarım həzm olunan yemək verir. 3 aydan sonra, yay dövrünün əvvəlində balalar əvvəlcə sığınacağı tərk edirlər. Gənc fərdlər daha 2 il analarının yanında qalır. Sonra yetkinlik həyatına başlayırlar.
Sibir porsuğunun xəzi nadir olduğundan olduqca qiymətlidir. Ondan müxtəlif kişi və qadın geyimləri hazırlanır. Kürklərin fərqli bir xüsusiyyəti odur ki, şaxtada soyuğu keçirmir.
Qapalı şəraitdə saxlanılan porsuqlar, insanlara çox yaxşı öyrəşir və tamamilə zərəsizdir.
Digər iddialara görə Sibir porsuqları bir neçə nəsil əsirlikdə olduqdan sonra belə vəhşiliyini itirmir və insanlara qarşı son dərəcə aqressivdir.
Marvel Comics kitabının personajı James Howlett digərləri arasında Şimal porsuğu ləqəbinə sahibdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.