Arctic Monkeys albomu From Wikipedia, the free encyclopedia
AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. "AM" 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.
AM | ||||
---|---|---|---|---|
"Arctic Monkeys" tərəfindən ifa olunmuş studiya albomu | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 9 sentyabr 2013 | |||
Yazılma tarixi | avqust 2012 – iyun 2013 | |||
Janr | indi-rok | |||
Müddət | 41:39 | |||
Dil | ingilis dili | |||
Leybl | Domino | |||
Prodüser |
Ceyms Ford Ross Orton |
|||
"Arctic Monkeys" albomlarının xronologiyası | ||||
|
||||
|
Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, "AM" çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan "Suck It and See"-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur.
Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədər çıxardığı ən uğurlu albomu olub. Bir neçə ölkədə siyahılarda birinci yerə yüksəlib. Böyük Britaniya ilk həftəsində 157.000-dən çox nüsxə satıb. Eyni zamanda 73.000 ədəd vinil sataraq on ilin ən çox satılan vinil albomlarından biri adını qazanıb.[1] "AM" 2017-ci ildə ABŞ-də Platin sertifikatına layiq görülüb.
Tənqidçilər qrupun əvvəlki albomları ilə müqayisədə onun daha tünd və gur səsini təriflədilər. Albom 2013-cü ilin ən yaxşı albomlarından biri kimi bəzi siyahılarda yer tutdu.[2] "AM" 2014 "Brit" mükafatkarında qrupa – Ən yaxşı Britaniya albomu mükafatını qazandırdı. Eləcə də, albom 2013-cü ildə "Merküri" mükafatına namizəd olub. "Do I Wanna Know?" mahnısı Ən Yaxşı Rok Performansı kateqoriyasında mükafata nominasiya alıb. NME 2015-ci ildə 57-ci Qremmi mükafatlarında albomu onilliyin ən yaxşı albomu elan etmişdir. "AM" buraxılışından cəmi bir ay sonra NME-nin "Bütün zamanların 500 ən möhtəşəm albomu" siyahısında 449-cu yeri tutub. Rolling Stone jurnalı isə 2020-ci ildəki siyahısında albomu 346-cı yerə layiq görüb.
Qrupun solisti Aleks Törner BBC Radio 1-dən Zeyn Louya vetdiyi müsahibədə albomun adının Velvet Underground qrupunun 1985-ci ildə buraxılan albomu "VU"-dan ilhamlanaraq seçdiyini deyir.[3]
Aleks qrupun səsyazma prosesində istifadə etdikləri gitara gücləndiricisinə görə albomun adının az qala "The New Black" olacağından danışıb: "Məndə çox istifadə etdiyimiz köhnə Rickenbacker var. Düymələri yoxdur, sadəcə iki dəliyi var. Və bu "The New Black" kimi tanınan kiçik qara gücləndiricidr. Albomu belə adlandırmaq fikrim var idi."[4]
№ | Başlıq | Yazar(lar) | Müddət |
---|---|---|---|
1. | "Do I Wanna Know?" | 4:31 | |
2. | "R U Mine?" | Turner, Nick O'Malley | 3:21 |
3. | "One for the Road" | 3:26 | |
4. | "Arabella" | 3:27 | |
5. | "I Want It All" | 3:04 | |
6. | "No.1 Party Anthem" | 4:03 | |
7. | "Mad Sounds" | Turner, Alan Smyth | 3:35 |
8. | "Fireside" | 3:01 | |
9. | "Why'd You Only Call Me When You're High?" | 2:41 | |
10. | "Snap Out of It" | 3:12 | |
11. | "Knee Socks" | 4:17 | |
12. | "I Wanna Be Yours" | Turner, John Cooper Clarke | 3:04 |
Ümumi müddət: | 41:38 |
Bütün sözlər Aleks Törner tərəfindən yazılmışdır; bütün musiqi Arctic Monkeys tərəfindən bəstələnmişdir
№ | Başlıq | Müddət |
---|---|---|
13. | "2013" (hidden track; begins after approximately 1-minute silence) | 2:28 |
Ümumi müddət: | 45:18 |
№ | Başlıq | Müddət |
---|---|---|
13. | "Do I Wanna Know?" (Live from the iTunes Festival) | 4:27 |
14. | "Fireside" (Live from the iTunes Festival) | 2:59 |
15. | "Arabella" (Live from the iTunes Festival) | 3:27 |
16. | "One for the Road" (Live from the iTunes Festival) | 3:28 |
17. | "R U Mine?" (Live from the iTunes Festival) | 3:23 |
Ümumi müddət: | 59:27 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "2013" | 2:26 |
2. | "Stop the World I Wanna Get Off with You" | 3:12 |
Ümumi müddət: | 48:21 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.