From Wikipedia, the free encyclopedia
Ağ Xaçlar (alm. Weiße Kreuze) — soyuq müharibə dövründə Berlin divarında həlak olmuş şəxslərin xatirəsinə həsr edilmiş abidədir. Abidə Berlində Şpree çayı sahilində, Almaniya parlamentinin yerləşdiyi Bundestaq binası yaxınlığındadır. Buranın əsası 1971-ci ildə Berlin divarının tikilməsinin 10-cu ildönümü zamanı Berliner Bürger-Verein adlı özəl qrup tərəfindən qoyulmuşdur. İlk dəfə Bundestaqın şərq hissəsində, Berlin divarının yanında salınmışdır. Lakin 1990-cı ildə Almaniyanın yenidən bir1əşməsi zamanı burada yeni hökumət binalarının tikintisi səbəbindən yeri dəyişdirilmiş[1] və Bundestaqın cənubundakı Tirqarten parkının yanına köçürülmüşdür.
1953-cü il Şərqi Almaniya üsyanının 50-ci ildönümündə çayın sahilində ikinci bir xaç qrupu qurulmuşdur ki, bu da orijinal yerin bir qədər şimal-qərbindədir.[2] Açılış nitqini o zamankı Bundestaq sədri Volfqanq Tiers etmişdir.
13 qurbanın adı hər iki tərəfdə 7 ədəd xaçın üzərinə həkk edilmişdir. 1 xaç isə kimliyi məlum olmayan qurbana həsr edilmişdir.[1] Düzülüşün seçimi atəş nəticəsində öldürülmüş birinci qurbandan sonuncuyadək ardıcıllıqla edilmişdir. Qurbanların çoxu 1961 və 1965-ci illər aralığında öldürülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.