From Wikipedia, the free encyclopedia
907-ci düzəliş — 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəliş. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdir.[1] Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.[2]
Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul etmişdir.[3] Onlar bunu o vaxtdan bəri ediblər.[4][5][6][7]
Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən onqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edilmişdir.[8]
Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir. Bütün bunlar o vaxt baş verirdi ki, o zaman heç ABŞ-də Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.
Keçmiş ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.[8][9]
2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.[8]
MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ
(A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.
(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-nin milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.