3-cü Ordu Korpusu (Azərbaycan)

From Wikipedia, the free encyclopedia

3-cü Ordu Korpusu (Azərbaycan)

3-cü Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir.

Cəld faktlar Növü, Ölkə ...
Bağla

Tarix

Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir.[1] Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4–5 il həbs cəzası çıxarır.[2] 2018-ci ilə qədər 3-cü Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər.[3] Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur.[4] 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.[5]

Tərkibi

  • Qərargahı (Kəlbəcər)
  • 7-ci Motoatıcı briqada
  • 11-ci motoatıcı briqada
  • 12-ci motoatıcı briqada
  • 16-cı motoatıcı briqada
  • 19-cu motoatıcı briqada
  • 20-ci motoatıcı briqada[6]

Komandanları

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.