Əqrəb mövsümü
Azərbaycan serialı From Wikipedia, the free encyclopedia
Remove ads
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı.[1] Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır.[1] Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir.[1] 12 seriyadan ibarətdir.[2]
Remove ads
2025-ci ilin fevral ayında serialın ikinci mövsümü — Əqrəb mövsümü "İki dünya bir olsa da" yayımlanıb.
Remove ads
Məzmun
Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir.[2]
Remove ads
Heyət
Rollarda
- Hikmət Rəhimov — Kənan Orucov
- Azər Aydəmir — Rauf Eyvazov
- Abbas Qəhrəmanov — Qurban Amanov
- Güşvər Şərif — Səkinə Amanova
- Elşən Rüstəmov — Akif Məhərov
- Fəridə Şahbazova — Rəna
- Rövşən Məmmədli — Zabil
- Səmimi Fərhad — Namaz
- İlahə Həsənova — Nuridə
- Nəsimi Mirzoyev — Faiq
- Nigar Soltanova — Günel
- Namis Şirməmmədov — Salman
- Gülnarə Kərimova — Rəhilə
- Mila Əlibəyova — Bahar
- Əli Əlizadə — Elnur
- Manaf Dadaşov — Vaqif
- Zülfiyyə Qurbanova — Elnarə
- Elsevər Rəhimov — Nurlan
- Nicat Muxtarov — Kamran
- Natiq Muxtarov — Kərim
- Şəhanə Rzayeva — Nailə
- Eldəniz Rəsulov — Altay
- Fuad Osmanov — Eldar
- Yasin Həzirə — Seyran
- Rauf Şahsuvarov — Edqar
- Vüsal Mehrəliyev — tibbi ekspert
- Ruslan Orucov — Fərid
- Zülfiyyə Məmmədova — Dilarə
- Svetlana Həkimova — Raufun anası
- Ucay Məmmədov — Həsən
- Mirzə Ağabəyli — Vaqifin atası
- Cohar Abdullayev — Samir
- Ceyhun Məmmədov — restoran inzibatçısı
İstehsalçı heyət
Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır.[2]
Remove ads
Seriya siyahısı
İstehsal
Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir.[3] Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir.[3] Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır.[4] Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.[3]
Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır.[5] Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir.[6] Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir.[1] Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir.[4]
Remove ads
Musiqi
Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır.[7] Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub.
Qəbul
Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir.[6] Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər.[8] Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir.[8] Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.[9]
Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb.[10] Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir.[10] Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.[10]
Serialın ssenarisinin[11] və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib. Belə ki, serialın əsasında çəkildiyi Ceyhun Hidayətlinin “Əqrəb” romanının Azərbaycan yazıçısı Tahir Kazımovun “Qisas” romanının plagiatı olduğu iddia edilsə də, müəllif bunu təkzib edib.[12]
Remove ads
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads