Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100[1] (2011 – ci ilin əvvəlinə 24,485,600[2]) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir.

Thumb
Əfqan kişi bir kitabın üz qabığında

Etnik tərkib

Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb:

Əlavə məlumat Etnik qrup, Alfred Yanatanın 1981-ci ildə Qratzşəhərində alman dilində nəşredilmiş "Əfqanıstanda zərgərlik" kitabında verilən məlumatlara əsasən ...
Etnik qrup Alfred Yanatanın 1981-ci ildə Qratz
şəhərində alman dilində nəşr
edilmiş "Əfqanıstanda zərgərlik"
kitabında verilən məlumatlara əsasən[4]
Sayı, 1978-cı ilə olan qiymətləndirmə Nisbəti, ≈
Toplam 12 000 000 100.00%
Puştunlar 4 800 000 40.00%
Taciklər 3 600 000 30.00%
Özbəklər 1 200 000 10.00%
Həzaralar 1 000 000 8.30%
Aymaqlar 500 000 4.20%
Türkmənlər 400 000 3.30%
Bəluclar 200 000 1.70%
Nuristanlılar 70 000 0.60%
Paşayilər 60 000 0.50%
digərləri 170 000 1.40%
Bağla
Əlavə məlumat Etnik qrup, ABŞ Konqres Kitabxanasının araşdırma vəanaliz vahidi olan Federal Araşdırmalar Şöbəsinin Əfqanıstana aid məlumatlarına əsasən ...
Etnik qrup ABŞ Konqres Kitabxanasının araşdırma və
analiz vahidi olan Federal Araşdırmalar
Şöbəsinin Əfqanıstana aid məlumatlarına əsasən[5]
Sayı, 2008-ci ilə olan qiymətləndirmə, ≈ Nisbəti
Toplam 32 700 000 100%
Puştunlar 13 730 000 42%
Taciklər 8 830 000 27%
Özbəklər 2 940 000 9%
Həzaralar 2 940 000 9%
Aymaqlar 1 310 000 4%
Türkmənlər 980 000 3%
Bəluclar 650 000 2%
digərləri 1 310 000 4%
Bağla
Əlavə məlumat Etnik qruplar, Əhali içində payı (1996) ...
Library of Congress Country Studies – "Ethnic Groups of Afghanistan"
Etnik qruplar Əhali içində payı (1996)[6]
Puştunlar40%
Taciklər25,3%
Həzaralar18%
Özbəklər6,3%
Türkmənlər2,5%
Qızılbaşlar1%
Digərləri6,9%
Bağla
Əlavə məlumat Etnik qruplar, Əhali içində payı ...
The Asia Foundation : A Survey of the Afghan People – Afghanistan in 2006[7]
Etnik qruplar Əhali içində payı[8]
Puştunlar40,9%
Taciklər37,1%
Həzaralar9,2%
Özbəklər9,2%
Türkmənlər1,7%
Ərəblər0,7%
Bəluclar0,5%
Nuristanlılar0,4%
Paşayilər0,3%
Aymaqlar0,1%
Bağla
Əlavə məlumat Dillər, Əhali içində payları (%) ...
Ethnologue: Languages of the World Fourteenth Edition (2000) : Languages of Afghanistan
Dillər Əhali içində payları (%)
Puştunlar35%[9]
Taciklər25%[10]
Həzaralar9%[11]
Özbəklər9%[12]
Digərləri22%
Bağla
Əlavə məlumat Millətlər, Sayları ...
Joshua Project – Unreached Peoples of the World : Afghanistan (by 2010)
Millətlər Sayları[13] Əhali içində payı
Toplam əhali28,692,000100%
Puştunlar12,428,00043,32%
Taciklər7,625,00026,58%
Özbəklər2,750,0009,58%
Həzaralar2,510,0008,75%
Aymaqlar1,452,000[14]5,06%
Türkmənlər609,0002,12%
Bəluclar353,0001,23%
Brahuilər244,0000,85%
Paşayilər176,0000,61%
Nuristanlılar71,8000,25%
Digərləri473,2001,65%
Bağla
Əlavə məlumat Etnik qrup, Sayı ...
Afghanistan ...in Pictures (Visual Geography Series)---1989"
Etnik qrup Sayı Nisbət
cəmi14 500 000100%
puştun[15]5 800 00040%
tacik[16]3 625 00025%
türkmənözbək1 450 000[17]10%[16]
həzara[18]1 000 0006.9%
Bağla

Əfqanıstan Türkləri

Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər .

  • Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000[19] nəfərdən çoxdur .
  • Türkmənlər – sayları 900,000[19] nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000[20] nəfərdir) .
  • Qızılbaşlar – Azərbaycan Səfəvilər və Əfşarlar İmperiyası zamanı imperiyanın dayaqlarını möhkəmlətmək məqsədiylə tarixi Böyük Azərbaycanın ərazisindən Əfqanıstana köçürülmüş və ya siyasi yanaşmalarından dolayı sürgün edilmiş Azərbaycan türkcəsində danışan türk kökənli Əfşar , Bayat , Şahağası , Ansarlı , Otuzikilər , İyirmidörtlər tayfalarından ibarətdirlər . Qızılbaşlar əsasən şəhərlərdə kompakt halda Kabil , Herat, Lögər və Qəndahar şəhərlərində həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar . Onlar evdə , ailə içində Azərbaycan dilinin şimal ləhcələrində danışırlar ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan Daricədən istifadə edirlər . Saylarına dair müxtəlif təxminlər mövcuddur . Buna əsas səbəb onların Avropa məbələrində Dari dilli Əfqanıstan Taciklərinin tərkibinə daxil edilmələridir . Sayları müəyyən təxminlərə əsasən 60,000[21]-200,000[21] nəfər arası və ya 30,000[22]-1,000,000[22] nəfər arasındadır . Receb Albayrakın 2004-cü ildə İstanbulda həşr etdirdiyi "Afganistan Türkleri" adlı kitabında 2004-cü il üçün qeyd etdiyi 450,000[23][24] nəfərlik sayı daha çox həqiqətə uyğun hesab oluna bilər .
  • Qaraqalpaqlar – özbəklərin çoxluq olduqları bölgələrdə məskunlaşıblar , mədəni həyatlarında , ənənələrində özbək mədəniyyətinin güclü təsiri hiss olunur . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .[19]
  • Qırğızlar – Əfqanıstanın Bədəxşan vilayətinin Vahan rayonunda Pamir dağlarının ətəyində məskunlaşıblar . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .[19]

Digər xalqlar

  • Puştunlar – Əfqanıstan əhalisinin 35%[9]-ni təşkil edirlər .
  • Taciklər – Əfqanıstan əhalisinin təxminən 25%[10] təşkil edirlər .
  • Həzaralar[25]
  • Bəluclar – sayları təxminən 253,000[19] nəfərdir .
  • Kürdlər – XVI əsrin sonu XVII əsrin əvvəlində I Şah Abbas tərəfindən Əfqanıstana sürgün ediliblər . Əsasən kürd , dari və türkmən dillərində danışırlar .[19] Sayları təxminən 20,100[19] nəfərdir .

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.