From Wikipedia, the free encyclopedia
Əbu Səid Barani (v. 1431, Ərdəbil, قاراقویونلولار) — qısa müddətli Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur.
Əbu Səid | |
---|---|
1429 – 1431 | |
Əvvəlki | Qara İsgəndər |
Sonrakı | Qara İsgəndər |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1431 |
Vəfat yeri | |
Atası | Qara Yusif |
Dini | şiəlik |
O, Qara Yusifin beşinci oğlu idi. Qardaşları Pirbudaq, İsgəndər xan, Cahanşah, Şahməhəmməd və İspənd idi.
Qaraqoyunlu sultanı Qara Yusifin oğullarından biridir. Anası ehtimal ki, Qara Yusifin sevimli xanımı Qədəm Paşa Xatundur.[1] Haqqındakı ilk məlumat isə 1420-ci ilin avqustunda Qarayuluq Osman bəyin hücumuyla öldürülən Pir Ömər bəyin ardından Ərzincan hakimliyinə təyin olunmasıdır.[2] Ancaq cəmi 3 ay sonra atası vəfat etdi və yaranan hakimiyyət boşluğu səbəbilə şəhər əhalisi tərəfindən qaladan qovuldu.
Qovulmasının ardından Bitlis Adilcəvazdakı qardaşı İspənd mirzənin yanına sığındı. Buradan Təbrizə gələrək taxta çıxan qardaşı Qara İsgəndərə tabeliyini bildirdi və Naxçıvan-İğdır bölgəsinin hakimliyinə təyin edildi.[1] Ancaq qardaşının 1429-cu ildə Salmas yaxınlığında Teymurilərə məğlub olmasının ardından döyüş meydanından qaçan Əbu Səid Qarabağa getdi və burada Şahruxla görüşərək tabeliyini bildirdi. Nəticədə, Teymurilərin dəstəyilə Təbrizə daxil oldu və Qaraqoyunlu sultanı oldu.[3]
Təbrizdə yalnız 5-6 ay qala bilən Əbu Səid Ərdəbilə yönəldi[4] və burada qardaşı Cahanşahı ələ keçirərək həbs etdi. Ancaq Əmir Bəyazid Bistamın tövsiyəsilə, onu azad edərək qaçaq düşən digər qardaşı Qara İsgəndəri təqib etdi. Ancaq bu mübarizədə məğlub oldu və Qara İsgəndərdən gələn tələb üzərinə Ərdəbil əhalisi tərəfindən 1431-ci ildə qətlə yetirildi.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.