Əbdülmüttəlib

Məhəmməd peyğəmbərin babası From Wikipedia, the free encyclopedia

Əbdülmüttəlib

Şeybə ibn Haşim və ya bilinən adı ilə Əbdülmüttəlib (ərəbcə: عبد المطّلب) — Qureyş qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla

Əbdülmüttəlib, tam adı ilə Şeybə ibn Haşim İslam peyğəmbəri Məhəmməd peyğəmbərin babası və Qüreyş qəbiləsinin nüfuzlu rəhbərlərindən biri idi. Gəncliyində bütlərə sitayiş edib, içki içsə də sonradan tövbə edərək hənif olmuşdur.[3] O, Məkkənin idarəçiliyi və Kəbənin mühafizəsi ilə məşğul olurdu və Haşimilər ailəsinin lideri kimi Məkkə cəmiyyətində böyük nüfuza malik idi.

Əbdülmüttəlib eyni zamanda, Məhəmmədin yetim qaldığı dövrdə onun tərbiyəsi ilə də məşğul olmuşdur. Onun ən məşhur hadisələrindən biri, “Fil hadisəsi” ilə bağlıdır. Əbdülmüttəlib Kəbəni müdafiə etmək üçün dua etmiş və Əbrəhənin ordusuna qarşı yardım istəmişdir. Fil əhvalatı zamanı Əbdülmüttəlibin duasına cavab olaraq, quşların daşlar ataraq ordunu məhv etdiyi rəvayət edilir. Bu hadisə İslam ənənələrində Allahın Kəbəni qoruduğuna işarə kimi qəbul edilir.

Əbdülmüttəlib həm də Zəmzəm quyusunun yenidən kəşfi ilə tanınır. Bir rəvayətə görə, yuxusunda ona Zəmzəm quyusunun harada olduğunu göstərilmiş və o, həmin yeri qazaraq su qaynağını yenidən açmışdır. Bu hadisə də Məkkə xalqı arasında onun nüfuzunu daha da artırmışdır.

Əbdülmüttəlibin ölümündən sonra, Məhəmmədin qayğısını əmisi Əbu Talib öz üzərinə götürmüşdür.

Övladları

Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır:

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.