Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Əbdülkərim Buxari
Doğum tarixi XVIII əsr
Doğum yeri Buxara, Buxara xanlığı
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Milliyyəti özbək
Elm sahəsi tarix
Bağla

Həyatı

Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi. 1807-ci il oktyabrın başlarında Mirzə Məhəmməd Yusifin başçılığındakı Buxara elçilik heyəti ilə Rusiya-Rumıniya üzərindən İstanbula gəldi. Heyətin burada olduğu ilk il içində həyat yoldaşı vəbadan ölüncə yenidən evləndi və İstanbula yerləşdi.

1830-cu ildən sonra haqqında hər hansı bir bilgiyə rastlanmamış olması, onun bu tarixlərdə öldüyünü düşündürməkdədir.

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.