Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi RodeziyaŞimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur.[1][2][3][4] O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur.[4][5]

Cəld faktlar Rəsmi dilləri, Paytaxt ...
Şimali Rodeziya
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
Paytaxt Lusaka
İdarəetmə forması protektorat
BOK kodu NRH
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.

Britiş Saut Afrika Kompani

"Rodeziya" adı İngilis kapitalisti və imperiya qurucusu, Limpopo çayının şimalından cənub-mərkəzi Afrikaya Britaniya ekspansiyasında rəhbər şəxs olan Sesil Con Rodsdangötürülmüşdür. Rods, şübhəli müqavilələr əsasında yerli başçılardan bir sıra hüquqları əldə edərək, Britaniya təsirini bölgədə yaydı. Cənubi Afrikada mədənçilikdə böyük bir sərvət qazandıqdan sonra onun arzusu Britaniya İmperiyasını şimala, mümkünsə Qahirəyə qədər genişləndirmək idi, baxmayaraq ki, bu, hər hansı bir kommersiya şirkətinin əldə edə biləcəyi resurslardan çox idi. Rodsun əsas diqqəti Zambezinin cənubunda, Maşonalandda və onun şərqindəki sahil bölgələrində idi və Maşonalandın gözlənilən sərvəti reallaşmadıqda, onun istədiyi Zambezinin şimalındakı ərazidə əhəmiyyətli inkişaf üçün çox az pul qaldı.[6]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.