Sebastian Lelio filmi, 2017-ci il From Wikipedia, the free encyclopedia
"İtaətsizlik " (ing. Disobedience) — 2017-ci ildə rejissor Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi Böyük Britaniya, İrlandiya və ABŞ dram filmidir. Filmin ssenarisi Naomi Eldermanın eyni adlı əsəri əsasında yazılmışdır. Filmdə əsas rolları Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola canlandırmışlar.
İtaətsizlik | |
---|---|
Disobedience | |
Janr | LGBT mövzulu film[d], dram filmi, romantik film |
Əsas mövzu | qadağan sevgi[d][1] |
Rejissor | Sebastyan Lelio |
Prodüserlər |
Reyçel Vays Ed Giney Frida Torresblanko |
Əsərin müəllifi | Naomi Aldermanın İtaətsizlik əsəri əsasında |
Ssenari müəllifləri |
Sebastyan Lelio Rebekka Lenkieviç |
Baş rollarda |
Reyçel Vays Reyçel Makadams Alessandro Nivola |
Operator | Denni Koen |
Bəstəkar | Metyu Herbert |
İstehsalçılar |
Element Pictures Braven Films Film4 Productions FilmNation Entertainment Distribütor: Curzon Artificial Eye Bleecker Street |
Distribütor | Bleecker Street[d], Netflix |
İlk baxış tarixi |
10 sentyabr, 2018 (TBFF) 27 aprel 2018 (ABŞ) 24 avqust 2018 Böyük Britaniya |
Müddət | 114 dəq. |
Ölkələr |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}İrlandiya ABŞ |
Dil | ingilis dili |
İl | 2017 |
Rəng | 114 dəq. |
Çəkiliş yeri | Hendon[d][2] |
IMDb | ID6108178 |
Filmin dünya premyerası 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. ABŞ-də film "Bleecker Street" şirkəti tərəfindən 27 aprel 2018-ci ildə, Böyük Britaniyada isə "Curzon Artificial Eye" şirkəti tərəfindən 24 avqust 2018-ci ildə çıxarılacaq.
29 sentyabr 2016-cı ildə Reyçel Vaysın Naomi Aldermanın romanının ekranlaşdırılmasında rol alacağı və prodüser kimi iştirak edəcəyi elan edilir. Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi filmə həm də Ed Giney və Frida Torresblanko prodüserlik edirlər.[3] 4 oktyabr 2016-cı ildə Reyçel Makadams filmin aktyor heyətinə qoşulur.[4] 7 dekabr 2016-cı ildə isə Alessandro Nivolanın filmdə Madamsın personajının həyat yoldaşını canlandıracağı məlum olur.[5] 9 yanvar 2017-ci ildə Londonun şimal-qərbindəki Kriklvud ərazisində filmin çəkilişlərinə başlanılır.[6] Metyu Herbertə isə film üçün musiqi yazmaq həvalə edilir.[7]
2017-ci ilin mayında "Curzon Artificial Eye" və "Sony Pictures Worldwide Acquisitions" filmin Böyük Britaniyada və dünyada distribütorluq hüquqlarını əldə edirlər.[8] 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında filmin dünya premyerası başş tutur.[9] Qısa müddət sonra "Bleecker Street" filmin ABŞ-də distribütorluq hüquqlarını alır.[10] Filmin ABŞ-də 27 aprel 2018-ci ildə[11], Böyük Britaniyada isə 24 avqust 2018-ci ildə[12] çıxarılması planlaşdırılır.
"İtaətsizlik" filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes rəy aqqreqatoru 15 tənqidçinin rəyinə əsasən filmi 93% təravətli nəticə və 7.4/10 orta balla qiymətləndirir.[13] Metacritic isə 7 tənqidçinin rəyinə əsasən filmi 81/100 bal "ümumi alqış"la qiymətləndirir.[14]
"Variety" jurnalından Endryu Barker filmə müsbət rəy verərək yazır ki, "İtaətsizlik" "Lelionu arthaus dünyasından çıxara bilməsə də, sənətkarın yaradıcılığında sözsüz ki, növbəti triumfdur."[15] "The Hollywood Reporter"dən Devid Runi filmi müsbət qiymətləndirərək yazır Ki, "Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola tərəfindən əla oynanılmış melanxolik və romantik sevgi üçbucağı dərindən hiss edilən dramla insanı cəlb edir."[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.