epidemioloq From Wikipedia, the free encyclopedia
İsmayıl Əbdülxalıq oğlu Axundov (8 dekabr 1897, Şamaxı – 28 yanvar 1952, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq görkəmli alim.
İsmayıl Axundov | |
---|---|
İsmayıl Əbdülxalıq oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Atası | Əbdülxalıq Axundov |
Anası | Sitarə xanım |
Fəaliyyəti | alim |
Mükafatları |
İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirən İsmayıl bir müddət dayısının, sonra isə qardaşının himayəsində yaşamışdır. O 1908-ci ildə Bakıda 2-ci kişi gimnaziyasına daxil olmuş və 1918-ci ildə həmin məktəbi bitirmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakultəsinə daxil olan İsmayıl Axundovun istedadını nəzərə alan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin əvvəlində onu dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakultəsində təhsilini davam etdirməyə göndərmişdir[1].
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925 illər üçün məlumatında Axundovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. 1926-cı ildə Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl assistent kimi həmin universitetdə saxlanılmışdır. 1927-ci ildə Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı Hamburq Tropik Xəstəliklər İnstitutunun məşhur epidemioloq alimi, professor Erik Martininin nəzərindən yayınmamış və o, İsmayıla öz yanında işləməyi təklif etmişdir. İ.Axundov bu təklifi qəbul etmişdir. Almaniyada olduğu müddətdə o, malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra maraqlı tədqiqat işləri aparmış, elmi məqalələr dərc etdirmişdir. Bunun nəticəsi olaraq 1928- ci ildə Almaniyada böyük uğurla doktorluq dissertasiyası müdafiə etmişdir. Onun Almaniyada çap etdirdiyi əsərlərdən, elmi işlərdən Yaponiya, Hollandiya, bir sıra Amerika və Afrika ölkələri alimləri də xəbərdar idi və bu işlərin surətinin göndərilməsi barədə ona müraciət etmişdilər. Həmin illərdə onu yoluxucu xəstəliklərin tüğyan etdiyi Konqo, Əlcəzair, Tunis, Nigeriya kimi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmağa göndərirlər. 1927-ci ildə Bernard Nohth adına Hamburq Tropik Xəstəliklər İnstitutunda namizədlik dissertasiyası müdafiə edən İsmayıl Axundov ilk azərbaycanlı epidemioloq olur. Onun Afrikada əldə etdiyi uğurlu nəticələri və ümumən parazitologiya sahəsindəki böyük potensialını görən Yaponiya və İtaliya universitetlərində işləmək üçün İsmayıl Axundova dəvətlər gəlir[1].
İsmayıl yalnız Azərbaycandan gələn dəvəti qəbul edir. O, 1928-ci ildə Hamburq İnstitutundakı işini, oradakı mənzilini qoyub Mustafa Topçubaşovun dəvəti ilə Bakıya qayıdaraq Epidemiologiya və Mikrobiologiya İnstitutunda entomoloji şöbəyə rəhbərlik edib. 20-30-cu illərdə Azərbaycanda epidemiologiya sahəsində vəziyyət əsrin əvvəllərindəki ağır durumdan heç nə ilə fərqlənmirdi. Bölgələrdə, ucqarlarda öldürücü klimatik şərait hökm sürürdü, malyariya "1 nömrəli qatil" adlandırılmışdı, həkim kadrlar yox idi ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi. Təcrübəli həkim alim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. Malyariya bütün ölkəni bürümüşdü. Suvarma arxları, gölməçələrdə məskən salan ağcaqanadların yaydığı malyariya çox geniş yayılmışdı. Hətta kiçik təyyarələrlə aparılan infeksiya ocaqlarının dərmanlama tədbirləri də fayda vermirdi. Həmin illərdə o, tələbələri ilə birlikdə infeksiya mənbələri ilə mübarizəyə başladı. Qısa müddət ərzində o, bölgələrdə olan bacarıqlı gənc tibb işçilərini seçib respublikada ilk epidemioloq-parazitoloqlar yetişdirməklə məşğul oldu. İsmayıl Axundovun malyariyaya qarşı apardığı mübarizədə əsas yol xəstəliyin mənbəyini məhv etmək, ağcaqanadların süfrə qoyduğu arx, axmazlar və gölməçələri qurutmaqdan və gigiyena maarifləndirilməsi yolu ilə xəstələrin sayını minimum endirmək idi. Onun təklif etdiyi üsullardan biri ölkəmizin çay və göllərində geniş yayılmış diridoğan qambuziya balığından istifadə edilməsi idi. Həmin balıq ağcaqanad süfrələri ilə qidalandığından malyariya mənbələrini məhv etmək, necə deyərlər, elə beşikdəcə boğmaq mümkün idi.
Tələbəsinin fəaliyyətini uzaq Almaniyadan izləyən prof. Martini Axundovun malyariya ilə mübarizədəki uğurlarına sevinmiş, məktublarının birində hər iki alimin birgə əməyini yüksək dəyərləndirmişdir. Azərbaycan Tropik Xəstəliklər İnstitutunda entomoloji şöbənin müdiri (1929-46), eyni zamanda Azərbaycan Tibb İnstitutunda ölkə patologiyası kafedrasının dosenti (1931-42), Bakı Tropik Stansiyasının direktoru (1934-39), Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda tropik xəstəliklər kafedrasının müdiri (1939-40), səhiyyə nazirliyinin malyariya ilə mübarizə şöbəsinin rəisi (1943-52) vəzifələrində çalışmışdır. 1941-43 illərdə Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olmuşdur. 1943 ildə Azərbaycan Dövlət Tibb İnstitutunda epidemiologiya kafedrasını yaratmış və ömrünün sonuna kimi onun müdiri işləmişdir. Tədqiqatları malyariyanın və tropik xəstəliklərin epidemiologiyası və profilaktikası problemlərinə həsr edilmişdir. 40-dan çox elmi əsərin müəllifidir[2].
30-cu illərdə mütərəqqi Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilərək Krasnoyarska sürgün olunmuşdur. O,qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin çox hissəsini yandırmışdır[1].
1952-ci ildə Moskvada olarkən mehmanxanada baş verən yanğın onun həyatına son qoymuşdur. Vaxtsız ölüm professor İsmayıl Axundovun yüksək ideallar uğrunda apardığı işləri də yarımçıq qoymuşdur.
Atası Məşədi Abdulla oğlu Əbdülxalıq Şamaxının məşhur təbiblərindən idi. Onun şəxsi əczaxanası olmuşdur. Əbdülxaliq bəy orada xəstələri qəbul və müalicə etmiş və habelə onlara özünün hazırladığı dərmanları təmənnasız vermişdir. Anası Sitarə xanım 1902-ci ilin zəlzələsində məsciddə namaz qılarkən həlak olmuşdur.[3]
Onun böyük elmi-pedoqoji və təşkilatçı fəaliyyəti dövlət tərəfindən də müxtəlif illərdə dəyərləndirilmişdir. Beləki o "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə və digər mükafatlarla təltif olunmuşdur.
Дулаева З., Страницы истории национальной интеллигенции, "Azərbaycan Tarixi Muzeyi - 2003", B., 2003
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.