Remove ads
Azərbaycanlı ilahiyyatçı, din xadimi From Wikipedia, the free encyclopedia
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru.[1]
İlqar İbrahimoğlu | |
---|---|
İlqar İbrahim oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Din xadimi |
İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.[2][3]
İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır.
İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir. Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunudur. Bununla yanaşı, "Narkomaniya və alkoqolizm üzrə beynəlxalq ekspert" sertifikatına malikdir. "Əsma-ül-Hüsna" (irsi qan xəstəlikli uşaqlara qayğı üzrə ixtisaslaşan), "Yetimsiz Vətən" (valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan) proqramlarının koordinatoru, "Hikmət evi" disput mərkəzinin və "İslam maarifi" proqramının elmi rəhbəridir. Həmçinin tolerantlığın, dözümlülüyün, mədəni inteqrasiyanın inkişafına yönəli "Mədəniyyətlərin dialoqu" proqramına rəhbərlik edir. Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır. Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur. Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-yə, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmişdir.
İlqar İbrahimoglu ABŞ-ın məhşur Corctaun (Georgetown) Universiteti və İordaniyanın Strateji İslam Elmləri Mərkəzi tərəfindən hər il müəyyən olunan Dünyanın ən nüfuzlu 500 müsəlmanı[4] siyahısında dörd dəfə yer alıb.[5]
Bir neçə xarici dil bilir. Asudə vaxtlarını ekzistensional mövzularda ədəbiyyatın mütaliəsinə, futbol və voleybol oynamağa sərf edir. Evlidir, üç övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.