İkinci Qahirə konfransı
From Wikipedia, the free encyclopedia
Remove ads
From Wikipedia, the free encyclopedia
İkinci Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Türkiyənin müttəfiqlərə mümkün yardımı ilə əlaqədar Misirin paytaxtı Qahirə şəhərində 4-6 dekabr 1943-cü il tarixində keçirilmiş konfransdır.[1] Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Türkiyə Respublikası prezidenti İsmət İnönü arasında keçirilmişdir.[1]
1941-ci ilə qədər Ruzvelt və Çörçill onunla razı idilər ki, Türkiyənin davam edən bitərəfliyi Berlin-Roma-Tokio oxunun Orta Şərqin strateji neft resurslarına çatmağının qarşısını kəsməyi ilə müttəfiqlərin maraqlarına xidmət edirdi. Lakin 1942-ci ilin sonuna qədər Berlin-Roma-Tokio oxunun erkən qələbələri Ruzvelt və Çörçilli Türkiyənin müttəfiqlərin tərəfində müharibədə iştirakı fikrini düşünməyə sövq etdi.[1] Türkiyə müharibə ərzində ordunu layiqincə hazır vəziyyətə gətirmişdi və xüsusilə Çörçill türklərin Balkanlarda yeni cəbhəni açmasını istəyirdi.[1] 1943-cü ilin 30 yanvarında Çörçill gizlincə İsmət İnönü ilə Türkiyənin Adana şəhərinin 23 km-də Yenice stansiyasında qatarda məsələni müzakirə etdi.[1]
Ruzvelt hələ də inanırdı ki, türk hücumu riskli ola bilər və nəhayət türk müvəffəqiyyətsizliyi müttəfiqlər üçün müsibətli təsirlərə yol aça bilərdi.[1]
İsmət İnönü öz ölkəsinin 1911-1922-ci illərdə, yəni 11 il ərzində fasiləsiz müharibələrə (İtaliya-Türkiyə müharibəsi, Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə Qurtuluş Savaşı) uğrayaraq üzləşdiyi çətinlikləri çox yaxşı bilirdi və Türkiyəni müharibədən kənarda saxlamağı qərara aldı. İsmət İnönü həmçinin Türkiyə üçün maliyyə və hərbi yardımda əminlik, o cümlədən müharibədən sonra İosif Stalinin açıq şəkildə ərz edərək, türk dar boğazlarının sovet işğalına məruz qalacağı təqdirdə ABŞ və Böyük Britaniyanın Türkiyənin yanında olacaqlarına zəmanət istəyirdi.[1] Sovet işğalı qorxusu və Stalinin türk dar boğazlarına nəzarət etmək arzusu Türkiyənin xarici əlaqələrdə bitərəfliyinə səbəb oldu və 1952-ci ildə NATO-ya üzv oldu.
Bəlkə də, Türkiyənin müttəfiqlərin tərəfində müharibəyə qoşulmasında tərəddüdünün ən böyük səbəbi Çörçillin Adanada vəd etdiyi maliyyə və hərbi yardımın miqdarının azalması idi.[1] Britaniyalılar Saturn yardım planının kiçildilmiş bölgüsünü təklif edirdi.[1]
Çörçill yalnız 7 ay sonra Overlord əməliyyatı ilə üzləşdi, ABŞ hökumət üzvləri bu əməliyyata alternativ olan təhdidin aradan çıxması ilə rahatlaşdı.[1]
Konfransın sonunda Türkiyənin bitərəfliyi qərara alındı.[1] Eyni zamanda regionda müttəfiq hava əməliyyatları üçün Adana yaxınlığında İncirlik Hərbi Hava Bazasının qurulmasına qərar verildi, lakin konstruksiya işləri İkinci dünya müharibəsinin bitməsindən sonra başladı.[1] İncirlik Hərbi Hava Bazası sonralar Soyuq müharibə ərzində NATO üçün mühüm rol oynadı. Başqa bir qərar Birmada Yaponiya əleyhinə Anakim əməliyyatının təxirə salınması idi.[1]
Ruzvelt və İsmət İnönü istədiklərinə nail oldular, belə ki Çörçill biraz məyus idi, çünki o inanırdı ki, türklərin müharibədə fəal iştirakı Balkanlarda almanların tezliklə məğlub olması ilə nəticələnəcəkdi.
Türkiyə, nəhayət 1945-ci ilin 23 fevralında müttəfiqlərin tərəfində müharibəyə qoşuldu, 1 martda Almaniya və Yaponiya ilə müharibədə olan dövlətlər Yalta konfransında elan ediləndən sonra Birləşmiş Millətlərə qəbul olundular.[2] Halbuki, Türkiyə birbaşa hərbi əməliyyatlarda iştirak etmədi, müttəfiqlər üçün yardım və Berlin-Roma-Tokio oxuna qarşı siyasi-iqtisadi sanksiyalardan sui-istifadə edərək iştirakını məhdudlaşdırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.