Gürcüstan və Türkiyədə çay From Wikipedia, the free encyclopedia
Çorox çayı (türk. Çoruh, gürc. ჭოროხი, yun. Άκαμψις, erm. Ճորոխ) — başlanğıcını Türkiyənin şimal-şərqindəki Məscid dağlarından götürən, Bayburt, İspir, Yusufeli, Artvin şəhərlərinin yaxınlığından keçən, Gürcüstanın Batumi şəhərinin cənubunda, Türkiyə-Gürcüstan sərhədinin bir neçə kilometr şimalında Qara dənizə tökülən çay.
Çorox | |
---|---|
gürc. ჭოროხი | |
| |
Ölkələr | |
Şəhər |
|
Mənbəyi | Məscid dağının şərq yamacı |
Mənsəbi | Qara dəniz |
Uzunluğu | 438 km |
Su sərfi | 285 m³/s |
Hövzəsinin sahəsi | 22 100 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Arrianın "Peripl Ponta Yevksink" əsərində çay Akampsis adlandırılmışdır. İngilis dilində çay Boas, Çuruk və Çorox adları ilə tanınmışdır.
Çorox çayının mənbəyi Türkiyənin Artvin ilindəki 3225 metr hündürlüyündəki Məscid dağının şərq yamacında yerləşir. Çayın 155 km-lik hissəsi Artvində yerləşir. 438 km yol qət etdikdən sonra Gürcüstanda Qara dənizə tökülür. Dünyanın ən sürətli axan və ən dərin çaylarından biridir. Bu çay hər il ekstrim idman növləri ilə məşğul olmaq üçün gələn turistləri cəlb edir. Çayın ətrafında bir çox turistik yer vardır. Ən yaxın kənd Yaylalar kəndidir.
Çay Qafqaz bölgəsində Dünya Vəhşi Təbiət Fondu tərəfindən ekoloji zona və Beynəlxalq Təbiətin Mühafizəsi Cəmiyyəti tərəfindən biomüxtəliflik nöqtəsi elan edilmiş yerdə yerləşir. Türkiyədəki təbiət mühafizə təşkilatları çay dərəsini əhəmiyyətli bitki bölgəsi, əhəmiyyətli quş bölgəsi, biomüxtəliflik açarı bölgəsi elan etmişdirlər. Çay dərəsində yaşayan 104 təhlükədəki növdən 67-i Türkiyə üçün endemikdir. Çay qayalıqlarında qırmızı kərkəslər yuva qurur. Çay vadisi boyunca boz ayı, vəhşi qaban, canavar, çaqqal, tülkü, porsuq, sansar, su samuru, çəngəl buynuzlu dağ keçisi, dovşan, ur, kəklik, ördək, göyərçin, adi qurqur, sarıasma, qaratoyuq, alabaxta kimi heyvan növləri yaşayır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.