From Wikipedia, the free encyclopedia
Çin-Hindistan münasibətləri — Çin Xalq Respublikası və Hindistan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhədinin uzunluğu 3380 km[1] təşkil edir. Çinlə Hindistan arasında ilk diplomatik əlaqələr 1950-ci ildə qurulmuşdur. 2013-cü il məlumatına görə iki ölkə arasında ticarət dövriyyəsi 65 milyard dollar olmuşdur.
Çin–Hindistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin ilə Hindistan arasında əlaqələr 2000 ildən artıqdır ki, davam edir. Müasir əlaqələr isə 1950-ci ildə qurulmuşdur. 1950-ci ildə Hindistan Çin Respublikası ilə əlaqə qurmaqdan imtina edən və Çin Xalq Respublikasını tanıyan ilk ölkələrdən olmuşdur. Çin və Hindistan dünyanın ən sıx məskulaşılmış və dinamik inşaf edən ölkələrindəndirlər. İki ölkənin iqtisadi artımı onların dünya miqyasında rolunu artırmaqla yanaşı iki ölkə arasında iki tərəfli əlaqələrin əhəmiyyətini də artırmışdır. Hindistan sürətlə inkişaf etməsinə baxmayaraq Çindən olduqca geri qalır.
Çin və Hindistan dünyanın bir neçə minillik ərzində öz mövcudluğunu qoruyan sivilizasiyalarındandır[2]. Çin və Hindistan arasında mədəni və iqtisadi əlaqələr qədim dövrlərə söykənir. Böyük İpək yolu təkcə Hindistan və Çin arasında ticarət əlaqələrinin qurulması baxımından deyil həm də, buddizmin Hindistandan Şərqi Asiya bölgələrinə yayılması baxımından fərqlənir[3]. XIX əsrdə Çin ərazisində Britaniya ilə uzun sürən müharibələr baş vermişdir. Böyük Britaniyanın bir parçası olan Britaniya Hindistanı Sin imperiyasına qarşı aparılan müharibələrdə ingilisləri dəstəkləmişdir[4]. İkinci Dünya müharibəsində Çin və Hindistan Yaponiya imperiyanının qarşısının alınmasında böyük rol oynamışlar[5].
1959-cu ildə XIV Dalay Lamanın Hindistana qaçışı ilə iki ölkə arasında münasibətlər pisləşmişdir[6].
Çin və Hindistan arasında ərazi mübahisələri bu gündə davam edir. Mübahisələr səbəbindən üç hərbi toqquşma baş vermişdir: Çin-Hindistan sərhəd müharibəsi (1962), Çin-Hindistan sərhəd müharibəsi (1967), Çin-Hindistan sərhəd müharibəsi (1987)[2]. 2005-ci ildə sərhəd məsələsi müəyyən sahədə həll edilir: Çin Sikkimi Hindistan ərazisi olaraq tanıyır. Nyu-Dehli isə Tibeti «Tibet Muxtar rayonu adlandırır». 2010-cu illərdə Hindistan Aksayçini Çinin ərazisi kimi tanımadığını bəyan etmişdir. Pekin isə Hindistanın Arunaçal Pradeş ştatını ona verməli olduğunu bəyan etmişdir. 1980-ci ilin sonlarından iki ölkə diplomatik və iqtisadi əlaqələrini inkişaf etdirmək yönündə çalışır. 2008-ci ildə Çin Hindistanın ən böyük ticarət ortağıdır[7][8][9].
İki ölkə arasında ticarət dövriyyəsi durmadan artsa da, Çin bu məsələdə öndədir[9]. İki tərəfli iqtisadi və trateji əməkdaşlığa baxmayaraq münasibətlərin inkişafını əngəlləyən amillər vardır. İki ölkə hələ də sərhəd məsələsini həll edə bilməyib. Hindistan televiziyaları Çin ordusunun Hindistan ərazisinə soxulmaları barədə tez-tez anonslar verirlər[10]. Hər iki ölkə durmadan sərhəddə hərbi gücünü artırır[10][11]. Bundan əlavə Hindistanı Çin–Pakistan münasibətləri qıcıqlandırır[12][13]. Çin isə Hindistan Dərbi donanmasının Cənubi Çin dənizində olmasında narahatdır[14].
2005-ci ildə Çin siyasətçisi Kun Syuan «Çin və Hindistanın mehriban qonşu və yaxşı dost olması, strateji əməkdaşlıq və həmkarlıq, sülhə və inkişafa yönəlmə, hər iki ölkənin xalqları və bütün dünya üçün böyük əhəmiyyət daşıdığını»[15] bəyan etmişdir.
2012-ci ilin iyununda Çin tərəfi «Çin-Hindistan əlaqələrinin» ən vacid iki tərəfli əməkdaşlıqlardan ola biləcəıyini bəyan etmiçşdir[16]. Elə həmin ayda Ven Szyabao və Manmoxan Sinqx məsləhətləşmələr sırasında 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 100 mlrd dollara qədər artırılması barədə qərara gəlirlər[17].
2013-ci ildə BBC World Service Pollun məlumatına görə hindistanlıların 36%-i Çinə müsbət, 27%-i isə mənfi yanaşır. Çin əhalisinin isə 23%-i Hindistana müsbət, 45%-i isə mənfi münasibət bildirmişdir[18].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.