Remove ads
From Wikipedia, the free encyclopedia
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur.
Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi. 1971 və 1972-ci illərdə dünya bazarında mis qiymətlərinin aşağı düşmsəi, ixracatının hardasa tamamilə ilə misdən ibarət olan Çili iqtisadiyyatına ağır zərbə vurdu.
1971-ci ildə Kuba dövlət başçısı Fidel Kastro, Çiliyə rəsmi səfər etdi. Dörd həftə davam etmiş səfər zamanı, Amerika Birləşmiş Ştatları başda olmaqla bir çox kapitalist ölkələr Çilinin Kuba kimi sosialist bir ölkə olmasından ehtiyat edirdilər. Ölkə iqtisadiyyatının ağır bir durumda olmasına baxmayaraq 1973-cü ildə keçirilən seçkilər zamanı Salvador Alyende səslərin 43% əldə etdi. Bu nəticə Alyendenin rəqiblərini razı salmadı və mühafizəkarlar, miliyyətçilər və Xristian demokratlar birləşərək Alyendeyə qarşı Demokrat koalisiyası adlı bir birlik yaratdılar. 1973-cü ildə ölkədə müxalifət və iqtidar arasında ki, problemlər daha da dərinləşdi, Çilidə bir çox siyasi krizlər yaşanmağa başladı.
1973-cü ilin 22 avqust tarixində Xristian demokratlar və Mühafizakarların nəzarətlərində olan Çili parlamentində Çili demokratiyasının məhv edilmə təhlükəsi adlı qanun layihəsi qəbul edildi. Parlament tərəfindən qəbul olunan qərarda, göstərilirdi ki, Salvador Alyende konstitusiyadan sui-istifadə edir və ölkədə diktatorluq yaratmaq niyyətindədir.
Mövcud problemi həll etmək və Çilidə yenidən demokratik bir hakimiyyət formalaşdırmaq üçün, ordunun məsələyə müdaxilə etməsi parlament tərəfindən tələb olunurdu. Salvador Alyende ölkə parlamentində qəbul edilən bu qanun layihəsinə 2 gündən sonra münasibət bildirdi. Alyende qəbul edilən bu qanunun Ölkənin xaricdəki nüfuzunu zədələmək və ölkə daxilidə ixtilaf yaratmağa hesablandığını bəyan etdi.
1973-cü ilin 11 sentyabr tarixində, səhər saatlarından etibarən Çilinin paytaxtı Santyaqo şəhərində general Avqusto Pinoçet rəhbərliyində hərbi çevriliş başladı. Ölkədə silahlı qüvvələr qiyamçı birliklərə tabe edildi. Çili hava qüvvələri Prezident sarayı La Monedanı bombalamağa başladı və daha sonra əsgərlər prezident sarayına daxil oldular. Hərbi çevriliş zamanı Salvador Alyende intihar etdi. Çevrilişdən sonra Çili ordusunun rəhbəri elan edilən Avqusto Pinoçet hakimiyyətə gəldi. Bununlada Avqusto Pinoçetin 1990-cı ilə qədər davam edəcək, 17 illik diktatorluq dönəmi başladı.
Rəsmi Vaşinqton sosialist Salvador Alyendenin hakimiyyətə gəlməsindən narazı idi. Alyendenin ABŞ şirkətlərinin nəzarətində olan mis sənayesinin üzərində dövlət nəzarətinin bərpa edilməsi barədə cəhtləri, Amerikanın narazılığını daha da artırırdı. ABŞ prezidenti Riçard Niksonun dövlət katibi Henri Kissincer tərəfindən 1970-ci ilin 5 noyabr tarixində hazırlanan sənəddə Alyendenin hakimiyyətə gəlməsi Cənub yarım kürəsində rastlaşdığımız ən böyük problemlərdən biri kimi qiymətləndirilib. Bu səbəbdən ABŞ Salvador Alyendenin hakimiyyətdən salınması yolunda məxfi planlar hazırlamağa başladı.
1970-ci illər boyunca Mərkəzi Kəşfiyyat İdarəsi Salvador Alyendenin siyasi rəqiblərini maliyyə yardımı edərək dəstəkləmişdir. Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında dayanan əsas məsələlərdən biridə, Alyendenin prezident seçilməsinin qarşısını almaqdan ibarət olmuşdur. Bu plan baş tutmadıqda, Alyendenin hərbi çevriliş yolu ilə hakimiyyətdən salıması ilə bağlı gizli işlər aparılmışdır. 1970-ci ilin 16 noyabr tarixində Mərkəzi Kəşfiyyat İdarəsinə Çilidə hakimiyyətin devilməsi üçün plan hazırlamaq göstərişi verilmişdir.
Amerika Birləşmiş Ştatları, 1964-1970-ci illər arasında Çili dövlətinə təxminən 1 milyard dollar həcmində maliyyə yardımı göstərmişdir. 1970-ci ildə Alyendenin hakimiyyətə gəlməsindən sonra bu maliyyə yardımları dayandırılmışdır. 1972 - 1973-cü illərdə dünya üzrə mis məmulatının qiymətinin düşməsi və ABŞ-nin göstərdiyi maliyyə yardımlarının dayandırlması kimi mühüm problemlər üst-üstə gəlincə Çili iqtisadiyyatı iflic vəziyyətinə düşmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.