From Wikipedia, the free encyclopedia
Çərkəz Soyqırımı[1][2] (Çərkəz Deportasiyası kimi də tanınır) və ya Tsitsekun[3][4][a] (ЦӀыцӀэкӀун), Rusiya imperiyası tərəfindən Çərkəz xalqının sistematik şəkildə kütləvi qətli, etnik təmizləməsi və deportasiyası idi. Çərkəz xalqının 80-97%-i,[8][9][10] təxminən 1,5 milyon insan hadisələrdən təsirləndi.[8][11][12] Rusiya qüvvələrinin hamilə qadınların bağırsaqlarını çıxarmaq kimi müxtəlif üsullardan istifadə etdiyi bildirilir. Qriqori Zass kimi rus generalları çərkəzləri "insanlıqdan kənar pislik" adlandırıb[13][14][15] və mülki çərkəzlərin kütləvi şəkildə öldürülməsini tərifləyir, onlardan elmi təcrübələrdə istifadə olunmasını müdafiə edir[13][14][15] və əsgərlərinin qadınları zorlamasına icazə verirdilər.[13]
Bu məqalə qaralama halındadır. |
Sağ qalan və sürgün edilən çərkəzlər Osmanlı İmperiyasına yerləşdirildi.[16][17] Osmanlı arxivləri göstərir ki, 1879-cu ildə Osmanlı ərazisinə təxminən 1 milyon çərkəz mühacir daxil olub, lakin onların təxminən yarısı sahillərdə xəstəliklərdən dünyasını dəyişib.[18] Osmanlı arxivlərini tamamlayan 1897-ci il Rusiya siyahıyaalmasında cəmi 150.000 Çərkəz qeyd edilir ki, bu da ilkin sayın onda birini təşkil edir.[19][20] 1929-cu ilin yazında elmi araşdırmalar üçün Qafqaza gedən gürcü tarixçisi Simon Canaşia ilə rastlaşdığı 91 yaşlı qoca Qara dənizin “qarpız kimi” insan bədən üzvləri ilə dolduğunu, qarğaların isə burada qadınların saçları və kişilərin aqqallarından yuva qurduğunu deyir.[21]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.