From Wikipedia, the free encyclopedia
Zofiya Zamenhof (pol. Zofia Zamenhof; 13 dekabr 1889[1][2], Kaunas[3][2] – 12 sentyabr 1942[4], Treblinka ölüm düşərgəsi, Mazovets voyevodluğu[5]) — yəhudi-polyak əsilli pediatr, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun qızı.
Zofiya Zamenhof | |
---|---|
pol. Zofia Zamenhof | |
Doğum tarixi | 13 dekabr 1889[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 sentyabr 1942[4] (53 yaşında) |
Vəfat yeri | |
Atası | Lüdviq Lazar Zamenhof[5] |
Anası | Klara Zamenhof |
Təhsili | |
Fəaliyyəti | esperantoçu, pediatr |
Vikianbarda əlaqəli mediafayllar |
Zofiya 1907-1913-cü illərdə Lozanna Universitetində tibb təhsilini başa vuraraq 1914-cü ildə Sankt-Peterburqda dövlət imtahanından keçmişdir.[6] Daha sonra daxili və pediatriya xəstəlikləri sahəsində ixtisaslaşmağa davam etmişdir. Zofiya Lebedində, 1922-ci ildən isə Varşavada xəstəxanaların birində işləyib. İkinci Dünya müharibəsi zamanı Varşavadakı gettoya köçür. Faşistlərin olmasına baxmayaraq, tutulub ölüm düşərgəsinə göndərilənədək tibbi fəaliyyətinə davam etmişdir. 1942-ci ildə Varşava gettosundakı Umşlaqplatsdan götürülərək Treblinka ölüm düşərgəsinə aparılmış və burada qaz kamerasında ölümə məhkum edilmişdir.
Zofiyanın simvolik məzarı Varşavanın yəhudi məzarlığında yerləşir. Klara Zamenhofun türbəsinin yaxınlığında xatirə lövhəsi də yerləşir.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.