From Wikipedia, the free encyclopedia
Ziya Məmmədiyyə oğlu Yusifzadə (15 fevral 1929, Nuxa – 29 sentyabr 2015, Bakı) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (1980–1988).
Ziya Yusifzadə | |
---|---|
18 iyun 1980 – 11 avqust 1988 | |
Əvvəlki | Vitali Krasilnikov |
Sonrakı | İvan Qorelovski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Təhsili | Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Məmmədiyyə |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Milli Təhlükəsizliyi Nazirliyi |
Rəhbərlik edib | |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952–1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.[1]
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972–1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 18 iyun 1980 – 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.
1988–1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.
Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilmişdi.
Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1970–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980–1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.[2]
Dörd xarici dil bilirdi.
SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı idi.
29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 30 sentyabr 2015-ci ildə MTN-nin Mədəniyyət Mərkəzində vida mərasimi keçirildikdən sonra, mərhum II Fəxri xiyabanda dəfn olunmuş, yas mərasimi Təzəpir məscidində keçirilmişdir.[3]
Ziya Yusifzadə yazıçı, dramaturq Məmmədiyyə Yusifzadənin oğludur.
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.