Zirə FK
Azərbaycanın futbol klubu / From Wikipedia, the free encyclopedia
Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 1 dəfə — 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.
Cəld faktlar Klubun tam adı, Ölkə ...
Zirə FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Zirə futbol klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) | "Qartallar" | |||
Rəng(lər) | mavi | |||
Yaranma tarixi | 28 iyul 2014 | |||
Stadionu | Zirə İdman Kompleksi[1] | |||
Tutumu | 1 500 | |||
Prezidenti | Taleh Nəsibov | |||
Baş məşqçisi | Rəşad Sadıqov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2022-2023 | 5. | |||
| ||||
Rəsmi saytı |
Bağla