From Wikipedia, the free encyclopedia
Zinniya (lat. Zinnia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Zinniya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Heliantheae Yarımtriba: Zinniinae Cins: Zinniya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu cins Qettingen Tibb Universitetinin professoru İ.Q.Zinnin şərəfinə adlandırılmışdır. Cinsin Mərkəzi və Cənubi Amerikada bitən 15 növü vardır. Növlərdən bəzilərini açıq şəraitdə yetişdirirlər. Hazırda gülçülükdə yabanı növlərdən istifadə olunmur. Formalar, növarası hibridlər və sortlar yetişdirilir. Gülçülükdə gözəl zinniya (Z.elegans) çox geniş yayılmışdır. Bu bitkinin Azərbaycanda müxtəlif mədəni formaları və hibridləri vardır. Bütün növlər hündürlüyü, çiçəkləmə müddəti və hamaşçiçəklərin forması ilə fərqlənən qruplara bölünür. Z.elegans növünün aşağıdakı formaları məlumdur: georginçiçəkli, nəhəng kaktusçiçəkli, pumilya, skabiozaçiçəkli, superkaktusçiçəkli və fruvunder. Zinniya mart-may aylarında toxumla çoxaldılır. Böyüyən cücərtiləri şitil edib torflu dibçəklərə köçürürlər. Toxumlar əsas və iki yan zoğlarda yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.