Alyaska yupikləri
From Wikipedia, the free encyclopedia
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq.
Alyaska yupiklərindən olan gənc oğlan. (şəkil 1930-cu ildə Hoper körfəzində çəkilmişdir.) | |||
Ümumi sayı | |||
---|---|---|---|
24.300 [1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Xristianlıq (əksəriyyətlə Pravoslavlıq) | |||
Qohum xalqlar | |||
5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır.
Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar.
Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur. Ən qədim zamanlarda xüsusən yupik xalqlarının bir yerdə yaşadığı və eyni dili danışdığı illərdə belə yupiklərin şamanları var idi və onlar tayfaların idarə edilməsində böyük rola malik idilər. Alyaska yupikləri müasir zamanda belə qədim Şamanizm ayinləri təşkil edirlər. Onlar hər bir subyektin ruha malik olduğunu düşünürlər. Yupik xalqlarının əsas oxşar cəhəti dini ayinlərin və mərasimlərin bir–birindən köklü formada fərqlənməməsidir. Alyaska yupikləri üzərində araşdırma aparmış ilk və ən məşhur alim An Fienip Riondan hesab edilir.