From Wikipedia, the free encyclopedia
Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim.
Yunus Nadi Abalıoğlu | |
---|---|
türk. Yunus Nadi Abalıoğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
İxtisası | Jurnalist,siyasətçi |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, baş redaktor, siyasətçi, yazıçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur.
"İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında Azərbaycan və Türkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı.[1]
1918–1920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir. 1924-cü ildən nəşrinə başladığı “Cümhuriyyət” qəzetinin baş redaktoru idi. “İnqilabi-Osmani” (1908), “Mustafa Kamal Paşa Samsunda” (1955), “Qurtuluş savaşı xatirələri” (1978) və s. əsərləri var. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur.
1918-ci il sentyabrın 4-də " Yeni gün" qəzetində çıxan "Bolşeviklərin hökuməti" məqaləsində Yunus Nadi 1918-ci il avqustun 27-də imzalanmış alman-sovet sazişini şərh edərək, Azərbaycan və Bakı məsələsində qeyri-fəal mövqe tutduğuna görə Türkiyə hökumətini tənqid edirdi. Yunus Nadi Türkiyə ictimaiyyətində Azərbaycanın müstəqilliyinin labüdlüyü fikrinin formalaşmasında mühüm rol oynamışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.